Ukrayna Ordusu üçün təhlükə – VİDEO
19-05-2014, 12:40
Oxunub: 3 973
Separatçı komendant Ukraynanın zirehli texnikalarını məhv etmək gücündə olduqlarını bildirir
Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır. ANS TV-nin məlumatına görə, qondarma Luqansk Xalq respublikasının müvəqqəti parlamenti qismində çıxış edən Dövlət Şurası separatçı vilayətin konstitusiyasinı qəbul edib. Qondarma Donetsk Xalq Respublikasında isə hərbi komendant Andrey Borisov Ukrayna qoşunlarının vilayətdən çıxarılmasına dair Mariopolda danışıqlara başlayıb. Separatçı hərbi komendanta görə, Donetskdə artıq güclü hərbi blok yaradılıb və qoşunlar hər an Ukrayna qoşunlarının zirehli texnikası və digər qüvvələrini məhv etməyə qadirdir.
Slavyanskin şəhər kənarında səhər saatlarında gedən döyüşlərdən sonra Ukrayna Milli Qvardiyasının 50-ə yaxın əsgəri öz mövqelərini tutmağa davam edir. Hərbçilərə Sovet ordusunun keçmiş hərbi həkimi – hazırda isə Milli Qvardiyanın Komandiri Yevgeni İvanenko rəhbərlik edir. Hərbçilərin çoxu əvəllər Maydan hadisələri zamanı özünümüdafiə qüvvələrinin tərkibində olmuş könüllülər, fəallardır.
Donetsk şəhərində isə yüzlərlə insan mərkəzi meydana toplaşaraq, qondarma Donetsk Xalq Respublikasına dəstək nümayiş etdirib. Rusiya bayraqları dalğalanan, əsasən təqaüdçü və yoldankeçənlərdən ibarət aksiyada müxtəlif çıxışlar və Sovet erasının mahnıları dinlənilib.
Kiyevdə, Krım yarımadasının deportasiyasının 70-ci ildönümünə həsr edilmiş kütləvi mitinqin qətnaməsində “Krım tatarları tarixi adların bərpası”,” Krım hakimiyyət orqanlarında təmsil olunmağa təminat”, “Krım tatarlarının qurultayının tanınması” və “Krım tatarlarına qarşı ayrıseçkiliyə son qoyulması” kimi tələblər irəli sürülüb.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər