BolgeXeber.Com » Gündəm » AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Baş Prokurorluqda olmuşlar
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Baş Prokurorluqda olmuşlar
19-05-2014, 17:05
Oxunub: 3 855
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Bolgexeber.com mayın 19-da Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşdür.
Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirən Baş prokuror həmməruzəçilərin respublikamıza növbəti səfərinin Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması ilə eyni vaxta təsadüf etməsini xüsusi vurğulayaraq ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, müasir informasiya texnologiyalarının geniş tətbiqi və şəffaflığın təmin edilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin korrupsiyaya qarşı mübarizədə uğurlu model olmasını vurğulayan Baş prokuror ölkəmizdə korrupsiyaya qarşı mübarizənin ardıcıl, kompleks və sistemli şəkildə davam etdirilməsini, əldə edilmiş nailiyyətlərin bu sahədə ixtisaslaşmış nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edildiyini diqqətə çatdırmışdır.
AŞPA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən həmməruzəçilərAzərbaycanı Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsinə ciddi və yüksək səviyyədə hazırlıq prosesini keçmiş bir ölkə kimi dəyərləndirərək məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülmüş işləri yüksək qiymətləndirdilər.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər