Məmurlar vətəndaşların ölümünə necə səbəb olur?
19-05-2014, 22:40
Oxunub: 3 748
"İcbari tibbi sığorta haqqında" qanunun gecikməsi vətəndaşların canı bahasına baş verir.
Azərbaycanda tibbi sığorta haqqında qanunun qəbul olunmasına, dövlət büdcəsində bunun üçün vəsaitin nəzərdə tutulmasına baxmayaraq, vətəndaşlar bu imkandan yararlana bilmir.
Bu barədə artıq dəfələrlə deyilib və yazılıb. Bu günlərdə səhiyyə nazirinin müavini Elsevər Ağayev də pasiyentlərin müayinə və müalicəsi zamanı tibb işçiləri tərəfindən neqativ hallara yol verildiyi deyib. Səhiyyə sistemində rüşvətin geniş yayıldığını və qarşısının alınmasının çətin olduğunu artıq rəsmilər də etiraf edir.
Bütün problemlər 1999-cu ildə qəbul olunan "İcbari tibbi sığorta haqqında" qanunun hələ də tətbiq olunmamasındadır.
Qeyd edək ki, tibbi sığorta icbari və könüllü şəkildə həyata keçirilir. İcbari tibbi sığorta həm dövlət sosial sığortasının tərkib hissəsidir, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verir.
Qanunun tətbiq olunmamasından ən çox əziyyəti isə vətəndaşlar çəkir. Son vaxt ölkədə ağır xəstəliklərdən ölüm hallarının artması, vətəndaşların bu xəstəliklərlə mübarizə aciz qalması da tibbi sığortnın olmaması ilə bağlıdır. Çünki tibbi sığortası olan vətəndaş səhhətində yaranan problemlərə görə həkimə müraciət etməkdən çəkinməz. Vaxtında müəyyən isə xəstəliyin genişlənməsinin qarşısını alar. İndiki halda isə aldığı məvacib aylıq dolanışığına güclə çatan vətəndaşlar nəinki mütamadi olaraq müayinə olunmur, hətta ciddi xəstəliklə üz-üzə qalanda müalicəyə olunmaq imkanında məhrum olur. Buna səbəb isə ölkədə səhiyyə xərclərinin olduqca yüksək olmasıdır.
Ən ucuz əməliyyatı 800-1000 manata həyata keçirən xəstəxana və onu himayə edən məmurlar heç bir halda tibbi sığortanın tətbiqində maraqlı ola bilməz. Bu halda onlar ildə yüz milyonlarla manat qazancdan məhrum olacaq.
Qeyd edək ki, bir sıra ağır xəstəliklərə görə dərmanların alınması da tibbi sığortaya daxildir. Qanunun tətbiqinə mane olan millərdən biri də dərman bazarınında inhisarçıların əlində olmasıdır.
Tibbi sığortanın tətbiqinin gecikməsi vətəndaşların canı bahasına baş verir. Bu isə tibb müəssisələrinə və dərman bazarına nəzarət edən hökumət rəsmilərini narahat etmir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər