Beyləqanın «meri»nin ali təhsili yox imiş
20-05-2014, 09:35
Oxunub: 4 464
Onun mütəmadi olaraq Qamışlıq adlanan yerə getdiyi, «Kral» adlı restorana sahib olduğuvə digər məsələlərdən bəhs olunur
Azərbaycanda bir sıra məmurların diplomsuz olması barədə dəfələrlə yazılıb. Hələ bir müddət əvvəl aparılan araşdırmalar zamanı polisdə belə yüksək vəzifə tutmuş şəxslərin də saxta diplomla işə düzəldiyi aşkarlanmışdı. Növbəti belə məlumat isə Beyləqandan gəlib.
Jam.az-a daxil olan məlumata görə, Beyləqan şəhər İcra Nümayəndəliyinin rəhbəri Azil Aslanovun da ali təhsili yox imiş. Diplomsuz olan «mer»in işə düzəlməsi isə icra başçısı Vaqif Abdullayevin sayəsində mümkün olub. Xəbərdə deyilir ki, Aslanov Gəncə Texnologiya Universitetində «təhsil aldığına» dair «arayış» gətirərək, onu icra başçısına təqdim edir və bununla da rayonun «meri» olmaq imkanı əldə edir. Və bunu da belə əsaslandırır ki, guya, diplomunu itirib və müqabilində ona arayış veriblər.
Gələn məlumatlarda Azil Aslanovun təkcə öz işləri ilə deyil, həm də başqa məsələlərlə məşğul olduğuna dair fikirlər də yer alıb. Məsələn, onun mütəmadi olaraq Qamışlıq adlanan yerə getdiyi, «Kral» adlı restorana sahib olduğu və digər məsələlərdən bəhs olunur. Hətta «Kral»da rayonun axund və mollalarının vaxtaşırı gözə dəyməsinin də səbəbsiz olmadığı vurğulanır. Bu məlumatları araşdırdıqdan sonra oxuculara təqdim edəcəyik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər