Hüquq müdafiəçisinin səhhətində dəyişikliklər var
20-05-2014, 10:05
Oxunub: 3 214
Mirvari Qəhrəmanlının müalicəsi davam edir, onun səhhətinə olan təhlükə sovuşmaqdadır
Bir neçə gün əvvəl insult keçirən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının vəziyyəti müsbətə doğru dəyişir. Onun müalicəsi də ciddi şəkildə aparılır. Bu barədə musavat.com-a xanımın həkimi məlumat verib. O bildirib ki, bir neçə təhlükə ocağı olduğundan, müalicənin təsiri tez özünü göstərmir. M.Qəhrəmanlının həyatına olan təhlükə isə yavaş-yavaş sovuşur. Həkim xəstənin müalicəyə cavab verəcəyinə ümid etdiyini vurğulayıb.
M.Qəhrəmanlıı özü isə bildirib ki, hər gün günün birinci yarısı həkim qəbulunda və sistem altında olur: “Müalicəm ciddi şəkildə gedir. Ancaq xəstəxanada yatmıram. Hər gün gedib iynələrimi vurdururam, sistemləri köçürtdürürəm. Vəziyyətim əvvəlkindən babatdır. Həkim bütün günü yataq rejimində olmağımı tələb edir. Ancaq mənim işləməyim də lazımdır. Özümə görə narahat deyiləm, dəyənək də yemişəm, xuliqanlığa görə cərimə də ediblər. Ancaq bu qədər narahatlıq keçirməmişəm. Qızımla bağlı baş verənlərdən çox narahat oldum, uzaqda idim, gələ də bilmirdim. Çarəsizlikdən bu günə düşdüm. Haqqı nahaqqa verdilər. Balamın imicini zədələmək istədilər”.
Onun sözlərinə görə, müalicənin birinci kursu gələn həftə yekunlaşacaq. Onun durumu həkimlər tərəfindən orta-ağır qiymətləndirilir. Müalicənin təsiri yaxşı olmasa, hüquq müdafiəçisinin xəstəxanada yatmasının vacib olduğu da bildirilir.
Qeyd edək ki, hüquq müdafiəçisinin qızı, Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova Rauf Mirqədirovun işi ilə bağlı dindirildikdən sonra ailəsi ilə bərabər media da ondan xəbər ala bilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər