Bakıda qonşusunu qətlə yetirən şəxs
20-05-2014, 10:45
Oxunub: 4 605
Bakıda qətl hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, mayın 20-də Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində yaşayan 1984-cü il təvəllüdlü Rüstəm Həsənov münaqişə zəminində 1986-cı il təvəllüdlü Elşən Ələkbərovu bıçaqlayaraq qətlə yetirib. Binəqədi RPİ 6-cı PB əməkdaşları R.Həsənovu yaxalayıb.
Qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Əldə olunan məlumata görə, Biləcəri qəsəbəsində 30 yaşlı Rüstəm Həsənov qətlə yetirdiyi 28 yaşlı Elşən Ələkbərovla qonşu olub. Onlar həm də yaxın qohum imişlər.
Bu gün səhər saatlarında qonşular küçədə hələlik bəlli olmayan səbəbdən mübahisə ediblər. Mübahisə zəminində R.Həsənov özündən iki yaş kiçik olan Elşənə bıçaqla bir zərbə endirib. Xəstəxanaya aparılan E.Ələkbərov yolda keçinib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. İstintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər