BolgeXeber.Com » Gündəm » Ramazan ayının başlanma vaxtı açıqlandı

Ramazan ayının başlanma vaxtı açıqlandı

20-05-2014, 13:25
Oxunub: 4 686 Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay iyunun 27-si saat 13:11-də görünəcək.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Növbəti ay iyulun 27-də saat 03:43 dəqiqədə təzələnəcək.

Ramazan ayının başlanması ilə əlaqədar fitva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin ötən il dekabrın 17-də verdiyi qərarla bu il iyulun 28-29-u Azərbaycanda Ramazan bayramı qeyd ediləcək