BolgeXeber.Com » Gündəm » Səhiyyə nazirliyi: "Həkim qələt edib 1 yaşlı körpənin əməliyyatı üçün pul istəyib" - (VİDEO)
Səhiyyə nazirliyi: "Həkim qələt edib 1 yaşlı körpənin əməliyyatı üçün pul istəyib" - (VİDEO)
21-05-2014, 13:50
Oxunub: 4 208
"Həkim qələt edib 1 yaşlı körpənin əməliyyatı üçün pul istəyib"
Ötən gün avropa.info-ya açıqlama verən İmişli Şəhər sakini Sadiq Abbasov ondan 1 yaşlı qardaşı qızı Tənzilə Abbasovanın əməliyyatı üçün Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinində həkim işləyən Elnur İmanov tərəfindən 4000 manat pul istədiyini bildirmişdi.
Sadiq Abbasov bildirib ki, qardaşı qızı Tənzilə Abbasova anadangəlmə ürək-damar çatışmazlığından əziyyət çəkir. 19.05.2014 tarixdə valideynləri kiçik Tənziləni Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinində müayinədən keçiriblər.
Bundan sonra müayinə həkimi, uşaq kardioloqu Elnur İmanov körpənin 15 gün ərzində təcili əməliyyat olunmasını və bu əməliyyat üçün ona 4000 manat ödənilməsini istəyib. Ailənin imkansızlığını "nəzərə" alan həkim son qiymət 3300 manat deyib.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli istisnasız olaraq bütün dövlət xəstəxanasında xidmətin pulsuz olduğunu deyib.
" Xüsusilə də kiçik yaşlı uşaqlar üçün ürək damar çatışmazlığı ilə bağlı bütün əməliyyatlar pulsuzdur. Həkim Elnur İmanov əgər həmin 1 yaşlı xəstədən pul istəyibsə, qələt edib. Biz bu məsələni araşdıracağıq".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər