DİN-in zabiti Rəşad Aydın oğlu Həqqi kimdir?-AUDİO
21-05-2014, 17:30
Oxunub: 6 056
Anar Abdullayevin dostu “yazı sildirmək istəyir”
“Bala nazir” ləqəbli Anar Abdullayev kimdir?” başlıqlı yazıdan sonra redaksiyamıza olan zənglərin arası səngimir. Qısa xatırlatma üçün bildirək ki, daxil olan məlumatlar əsasında Gəncə Şəhər Dövlət Yol Polis Şöbəsində baş verən qanunsuzluqlardan bəhs etmişdik. Məlumatdan bəlli olurdu ki, Gəncədə avtoxuliqanlıq etmək üçün avtoşların 250 manat ödəməsi kifayətdir. Tərəfimizdən aparılan araşdırma zamanı məlum oldu ki, Gəncə DYPŞ-nin rəis müavini Ramin Şabanovun Anar adlı sürücüsü var. Anar Gəncədə 20- BO -010 nömrəli Range Rover CİP-də gəzir. Əslən gəncəli olan bu şəxs şəhərə yaxşı bələd olduğu üçün avtoxuliqanlardan pul yığmaq məsələsinə nəzarət edir.
Şəhər polisinə nəzarət edən vəzifəli şəxslərin bu məsələdən nə qədər məlumatlı olub-olmadığı barədə konkret fikir söyləmək çətindir.
Onu da bildirək ki, Anar Gəncədə həkim ailəsində böyüyüb, Texnologiya İnstitutunu bitirib, əsas işi dərman preparatlarının satışı və paylanması olub. Hətta sonuncu dəfə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhərində keçirtdiyi əməliyyat - axtarış tədbirləri nəticəsində saxlanılıb. Ancaq sonradan onun valideyinlərinin işə müdaxiləsindən sonra o sərbəst buraxılıb. Sonra valideyinləri belə qərara gəliblər ki, Anarı polis sisteminə işə düzəltsinlər. Beləliklə dərman satan Anar polis sisteminə işə düzəlib və az vaxtda Gəncədə “Bala nazir” statusu qazanıb.
Beləliklə yuxarıda qısa xatırlatma verdiyimiz yazının dərcindən sonra zənglər başladı. Həmin zənglərdən biri barədə söz açmaq istəyirik.
Redaksiyamıza telefon açaraq özünü gah Gəncə ŞBPİ-nin əməkdaşı, gah da Daxili İşlər Nazirliyinin Gəncəyə ezam olunan zabiti kimi təqdim edən Rəşad adlı şəxs bizdən tələb edirdi ki, “dostum Anarla bağlı yazını silin”. Biz ona başa salmağa çalışırdıq ki, redaksiya onun dediyi kimi “yazı silmir”, qoy qarşı tərəf fikrini bildirsin. Onun tələbini yerinə yetirmədiyimizi görən Rəşad bizə bildirdi ki, mən DİN-dən də yuxarı qurumun əməkdaşıyam. “DİN-dən yuxarının…” nə olduğunu dəfələrlə soruşsaq da Rəşad buna konkret cavab verə bilmədi. Rəşad onu da bildirdi ki, pul yığmaqla məşğul olanlar qıraqda qalıb, siz mənim dostumdan yazırsınız…
Söhbət əsnasında Rəşad onu da bildirdi ki, “cənab general da bu barədə tapşırıq verib..”. Biz generalın kimliyi ilə maraqlananda onun şəhər polisinin rəisini nəzərdə tutduğu məlum oldu.

Biz Rəşadın soyadı ilə maraqlananda isə “qoy sirr kimi qalsın” cavabını verdi. Biz onun cavablarından şübhələndiyimiz üçün özümüz araşdırma apardıq. Və məlum oldu ki, özünü gah DİN-in, gah da “DİN-dən yuxarının…” əməkdaşı kimi təqdim edən, soyadını gizlədən şəxs Gəncə şəhərində “Siqnalizasiya və kamera quraşdırma” işi ilə məşğul olan Rəşad Aydın oğlu Həqqidir....
Biz təkrar Rəşadla əlaqə saxlayıb barəsində öyrəndiklərimizi və DİN-in adından istifadə etməsinin yolverilməz, hətta cinayət olduğunu onun nəzərinə çatdıranda vəziyyət dəyişdi.
Özünü gah mömin, gah da “bacıoğlu” kimi səciyyələndirən Rəşad guya əsəbi olduğunu bildirdi. Və bizə bildirdi ki, əgər hardasa radara düşsəniz mənim adımı verərsiniz.
Bir sözlə, Anar Abdullayevin dostu Rəşad Həqqi bütün qaydaları pozaraq dövlət qurumunun adından sui-istifadə edərək mətbuat orqanına təzyiq göstərməyə çalışırdı. Qoy bu barədə müvafiq orqanlar düşünsün.Əməkdaşımızın Rəşad Həqqi ilə söhbətinin "You Tube"da yerləşdirilən 3 hissədən ibarət audioyazısını olduğu kimi oxuculara təqdim edirik:
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər