BolgeXeber.Com » Gündəm » İsmayıllıda icra başçısından abadlıq saxtakarlığı - VİDEO

İsmayıllıda icra başçısından abadlıq saxtakarlığı - VİDEO

21-05-2014, 20:50
Oxunub: 4 712 İsmayıllı məmurlarının “həyasız kəşf”i

Blogger Mehman Hüseynov Azərbaycan məmurlarını ifşa kampaniyasını davam etdirir. Onun yaydığı son görüntülərdəki hadisə İsmayıllı rayonunda baş verib.
Rayonun icra başçısı Mirdamət Sadıqov ölkə prezidenti İlham Əliyevin İsmayıllıya gələcəyini nəzərə alaraq onun keçəcəyi yollardakı ağacların gövdəsinin ağardılması barədə göstəriş verib. Ancaq yerli məmurlar ağacların yalnız Prezidentin görə biləcəyi ön hissələrini ağardıblar.İsmayıllı məmurlarının bu “həyasız kəşf”inə yəqin ki, Rusiya imperatoru Yekaterinanın gəlişi şərəfinə yolüstü “qayırma” kəndlər salan qraf Potyomkin özü də həsəd aparardı.