BolgeXeber.Com » Gündəm » Nazirlikdən uşaq ölümü ilə bağlı açıqlama: "Anası ilan görüb"

Nazirlikdən uşaq ölümü ilə bağlı açıqlama: "Anası ilan görüb"

22-05-2014, 12:40
Oxunub: 3 962 Xəbər verildiyi kimi, dünən Bakıda doğuş zamanı daha bir uşaq ölümü qeydə alınıb

Bolgexeber.com bildirir ki, ananın yaxınlarının ans-ə verdikləri məlumata görə, hadisə Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində baş verib. Məhərrəmova Fəridə doğuş sancıları ilə xəstəxanaya yerləşdirilib. Həkimlər əvvəlcə doğuşun normal keçdiyini deyiblər. Doğuşdan sonra isə uşağın öldüyünü söyləyiblər: “Ananın birinci hamiləliyi idi. Həkimlər ölü doğulan uşağın oğlan olduğunu dedilər. Uşağın nə səbəbə öldüyü barədə bizə heç bir məlumat vermədilər. Bu bir həftə ərazində həmin xəstəxanada doğuş zamanı 3-cü ana-bala ölümüdür".Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, ana hamiləliyi zamanı stress keçirib: “Ananın patologiyası olub. İlan görüb, stress keçirib. Stress onun bətnində olan uşağa da təsir edib. Uşaq reanimasiyada ölüb”.