Nazir qubalıları təhqir edən keçmiş icra başçısına vəzifə verib
22-05-2014, 14:50
Oxunub: 4 972
Nəqliyyat naziri Ziya Məmmədov Qubanın keçmiş icra başçısı Rauf Həbibova aylar öncə rəhbəri olduğu nazirlikdə vəzifə verib
Amma bu təyinat barədə mediaya heç bir açıqlama verilmir.Nazirlikdəki mənbənin verdiyi xəbərə görə, nazirin bu təyinatı bir neçə aydır ki, gizli saxlanılır. Mənbə belə izah edir ki, Rauf Həbibovun nazirlikdə vəzifəyə gətirilməsinin ictimailəşdirilməsi Ziya Məmmədovun əleyhinə işləyə bilər. Çünki hazırda Z.Məmmədov deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı onsuz da qalmaqal yaşayır.
Sabiq başçının nazirlikdə elə də ağır və məsuliyyətli bir işinin olmadığı da bildirilir.
Qeyd edək ki, Rauf Həbibov 2007-ci ildə Qubanın icra başçısı təyin edilib. 2012-ci ilin fevral ayının sonunda Rauf Həbibovun qubalıları təhqir etməsi böyük etiraza səbəb olub və martın 2-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.(axar.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər