BolgeXeber.Com » Gündəm » Səlim Müslümovun qadınlardan ibarət kadr siyasəti özünü doğrultmur

Səlim Müslümovun qadınlardan ibarət kadr siyasəti özünü doğrultmur

23-05-2014, 09:15
Oxunub: 3 288 Gəncə 25 saylı TSEK-in “filial”ı fəaliyyət göstərir.

Bolgexeber.com-a daxil olan məlumata görə sabiq nazir Füzuli Ələkbərovun Səlim Müslümovla əvəzlənməsi vəziyyəti dəyişmədi. Təyinatından bir neçə gün sonra Səlim Müslümov TV-lərdə vəziyyəti düzəldəcəyinə dair fikirlər səsləndirməsi istənilən ağıllı insanları inandıra bilməzdi. Çünki, Səlim Müslümov Azərbaycan Respublikası DSMF-nun sədri olduğu zamanlar DSMF rayon şöbələrində kifayət qədər biabırçılıqların olduğu hamıya aydın idi. Bura ölülərin adına yazılan pensiyalardan başlamış, saxta staj yazılması, fiziki və ya hüquqi şəxslərin DSMF ödəmələrinin şəxsi vərəqələrinə işlənməməsi və ya uçotdan yayındırma və s. onlarla məsələlər daxil idi.

Bu səbəbdən S. Müslümov tərəfindən bir ayın içində bütün rayonların ƏSMM (qohumu olan Ağsu rayonu ƏSMM direktoru istisna olmaqla) və TSEK sədrlərinin dəyişdirilməsi görüntü xarakteri daşıyırdı. Haqlı olaraq, mətbuat onda yeni naziri tənqid edərək bildirirdi ki, Səlim Müslümov yeni bir planetdən gəlməyib, Azərbaycanda nazir olub, indi də yerdəyişmə edilib. Onun hər hansı uğura imza atması inandırıcı görünmür. Həqiqətən elə də oldu. Əvvəlki narazılığa yeniləri də əlavə olundu. Səlim Müslümovun qadın kadrları özünü doğrultmadı. Hətta, Sabirabad, Hacıqabul, Şirvan 33 saylı TSEK sədri Rasim Gözəlovun TV vasitəsilə Fizuli Ələkbərovun dövründə arayışlar pulla satılırdı deməsi belə S.Müslümovun əleyhinə işlədi. Çünki, Rasim Gözəlov Hacıqabul rayonunun Muğan kəndindəndir.

Rasim Gözəlovun Fizuli Ələkbərovun arxasınca danışması nazirlikdə kadrlar həm də aparatın rəhbəri ilə həmyerli olmasından qaynaqlanırdı. Bunu hamı bilirdi. Digər tərəfdən, DSMF-dən hansısa bir işçini TV-yə çıxarıb S.Müslümovun arxasınca danışdırmaq eyni aqibəti yaşayanlara yaxşı təsir bağışlamazdı. İndi haqlı olaraq, sual verilə bilər ki, nə dəyişdi? Bəlkə 34 saylı İmişli – Saatlı, 28 saylı Tovuz vəs. rayonları əhatə edən TSEK-lərdə vəziyyət dəyişdi? Əksinə, əlavə narazılıqlar yarandı. Hazırda onlarla rayonun ƏSMM-də ünvanlı yardımlar vətəndaşlara qarşılıqsız verilir? Məsələn, Gəncə 25 saylı TSEK ikidi, yoxsa bir? Gəncə 25 saylı TSEK-in “filial”ı yoxdur? Bunlar arayışların satılmasından da qorxulu məsələlər deyil? TSEK və ƏSMM-lərə işçilər pulsuz işə götürülür? Bəlkə Gəncə 25 saylı TSEK registratura şöbəsinə işə götürülən Aynur Kərimovadan pul alınmayıb? Gəncə 25 saylı TSEK yeni ünvanda Sabir küçəsində “filial”ı yoxdur? Aynur xanımın evi TSEK kimi fəaliyyət göstərmir?

Həqiqət birdir və onu deyə bilərik ki, Gəncədə “əlillik” almaq istəyən bütün pullu adamlardan sənədləri, həm də pulları TSEK-in saxta ünvanında Sabir küçəsində yerləşən Aynur xanımın evində qəbul olunur. 25 saylı TSEK-in həqiqi ünvanı olan Vəli Xuluflu, 8-də isə hər şeyin şəffaf olduğu kimi görüntüsü yaradılır. Vəziyyətin Fizuli Ələkbərovun zamanından da qorxulu olduğu aşkarlanır.

S.Müslümovun qadın kadrları idarələrin gizli rüşvət maşını olan “filial”larını açırlar. Bəlkə elə deyil? Elə isə qorxun ki, bunları aşkara çıxaracaq video görüntülər yayımlanmasın. Elementar düşünən fikirləşməzmi ki, Aynur xanım kimdi ki, evində TSEK-in “filialın”ı açıb xəstə olmayanlardan 3-5 min manat hesabına “əlillik” düzəltsin. Tutaq ki, Aynur bu pulu aldı, axı o ən azı bu yolla nə qədər irəliliyə bilər ki? Demək, onu ən azından Gəncə 25 saylı TSEK sədri himayə edir. Bəs 25 saylı TSEK-in sədrini kim seçib ora təyin edib? Təbii ki, nazir Səlim Müslümov.

Bununla da “Əlilliyin müəyyən edilməsinə dair əsasnaməyə” əhəmiyyət verilmir, rüşvətin alınması yollarında həqiqi ünvanlardan kənar “TSEK”lər də fəaliyyət göstərir. Biabırçılığa yeniləri də əlavə olunur. Nazir müavini Natiq Məmmədovun adamları Gəncə şəhərində meydan sulayır.


BOLGEXEBER.COM