Heydər Əsədov bu problemi görmürmü? - Fermerlər qapı dalında qalıblar
23-05-2014, 10:10
Oxunub: 4 326
2014-cü ilin yanvar-aprel aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 795,6 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0%, bitkiçilik məhsulları üzrə isə 9,1% artıb. "Ölkədə yazlıq bitkilərin kütləvi əkini davam edir. May ayının 1-i vəziyyətinə 262,0 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 40,7 min hektarda dənli və dənli paxlalı bitkilər, 57,5 min hektarda kartof, 52,5 min hektarda tərəvəz bitkiləri, 18,1 min hektarda ərzaq üçün bostan bitkiləri, 14,8 min hektarda pambıq, 7,2 min hektarda dən üçün günəbaxan, 4,6 min hektarda şəkər çuğunduru, 756 hektarda tütün, 63,3 min hektarda çoxillik, 1,4 min hektarda isə birillik otlar əkilib”, - deyə komitənin məlumatında bildirilib.
Qeyd edilib ki, yazlıq əkinlərin strukturunda yazlıq dənli və dənli paxlalılar (qarğıdalı daxil olmaqla) 15,6%, texniki bitkilər 10,4%, kartof, tərəvəz və bostan bitkiləri 48,8%, yem bitkiləri 24,7% təşkil edib.Təsərrüfatlarda 46,6 min ton tərəvəz məhsulları və 6,0 min ton faraş kartof istehsal edilib.
Qeyd edək ki, bu gün qiymət artımına səbəb fermerlərin öz məhsullarını bazarda sata bilməməsidir. Bazar rəhbərləri imkan vermirlər ki, insanlar kənddən gətirdikləri məhsulu bazarda satsınlar. Alverçilər malı fermerlərdən alıb ikiqat qiymətə insanlara satırlar. Bir sözlə, indi Azərbaycanda elə şərait yaranıb ki, mal daşıyanlar və bazarda oturub alverini edənlər zəhmətkeş kəndlidən daha çox qazanırlar. Fermerlər əkib-becərdikləri məhsulu özləri bazara çıxara bilmədiklərindən şikayətlənirlər. Hətta bazara gedib çıxsalar belə onlara məhsul satmağa imkan vermirlər. Yarmarkalarda isə məhsulu maya dəyərindən aşağı satmağa məcbur olurlar. Onlar qapıdan girən kimi pul verməli, məhsulu satıb-satmamaqlarından asılı olmayaraq yer pulu ödəməlidirlər.
Üstəlik, məhsulu Bakıya gətirənə qədər ora-bura o qədər pul verirlər ki, heç satdıqları məhsuldan yol pulunu belə çıxara bilmirlər. Bundan başqa fermerlərin digər problemi odur ki, inhisarçıların əlindən zara gəliblər. Nə inhisarçıların, nə də bazar alverçilərinin əlindən onların günü-güzaranı yoxdur. Hər kəsə bəllidir ki, bazarlar indi inhisardadır. Hamısının özünün sahibi və alverçiləri var. Ona görə də kəndlilər əkib-becərdikləri məhsulu bazarlarda satışa çıxara bilmirlər. Belə olan halda isə fermerlər öz məhsullarını dəyər-dəyməzə alverçilərə satıb çıxıb gedir. Alverçilər isə bundan sui-istifadə edərək qiymətləri qaldırırlar. Çünki rəqabət olmadığından məhsulları istədikləri qiymətə insanlara satırlar.
Ekspertlər hesab edir ki, fermerlərin alıcılara çıxışını təmin etmək üçün müəyyən bir şəbəkə yaradılmalıdır. Fermerlərin özlərinə sərbəstliklər verilməlidir.
Uzunmüddətli kreditlər verilməlidir ki, onlar öz məhsulların heç olmazsa kiçik soyuducular vasitəsi ilə uzun müddət saxlaya bilsinlər. Ya da ki, fermerlər özləri birləşərək soyuducu sistemi yaradıb, öz məhsullarını saxlaya bilərlər. Bir çox məsələlər var ki, onlar həll olunmalıdır.
Ancaq ölkədə olan digər problemlərlə yanaşı, bu sahədəki problem də rəqabətli mühitin saxlanılması, fermerlərin işinə müdaxilənin azaldılmasından keçir. Çox təəssüf ki, fermer öz məhsulunu bazara çıxarana kimi bir çox manelərlə qarşılaşır. Sanepidemstansiyalar, yol polisi, hətta icra nümayəndələri də əngəl çıxarırlar. Bütün bu süni maneələr fermerlərin izafi xərclərini çoxaldır, onların da bu məhsulun istehsalına maraqları azalır. Çünki problemlər buna şərait yaradır. gundelik bakı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər