Bərdədə idarə rəhbəri müraciət edən vətəndaşlardan pul istəyir
23-05-2014, 11:30
Oxunub: 4 370
Bərdə Məşğulluq İdarəsində sözün həqiqi mənasında özbaşınalıq hökm sürür.
Rayonda işsiz adamları işlə təmin etmək, onlara yol göstərmək və tələbə-təklif haqqında məlumat verməli olan bu qurum konkret olaraq bildiyi kimi hərəkət edir.
Sözügedən qurum vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik göstərməli olduğu halda, onlara edilən müraciətlərə demək olar ki, baxmır. Elə bu səbəbdəndir ki, Bərdədə işsizlərin sayı getdikcə artmaqla yanaşı, onların iş tapmaları da mümkünsüzə çevrilib.
Qeyd edək ki, Məşğulluq İdarəsi əmək bazarında olan tələb və təklif haqqında məlumat verməyə də borcludur. Amma onlara müraciət edənlərə ən yaxşı halda «bizdə iş yoxdur» deməklə kifayətlənirlər. Səbəb isə Bərdə Məşğulluq İdarəsinin rəhbərinin işsizlərdən pul ummasıdır.
Sözügedən qurumların bir funksiyası da gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkilidir. Bərdə Məşğulluq İdarəsində bununla bağlı kimə söz desən, üzünə baxıb, cavab verə bilməz. Çünki bunu etmək üçün nə kadr var, nə də həvəs. Üstəlik, bu işlər də pulsuz həll olunmadığından heç cür həllini tapmır.
Qeyd edək ki, Bərdə Məşğulluq İdarəsinin rəhbəri özbaşınalıq üçün geniş şərait yaradıb və onun tək istəyi asan yolla pul qazanmaqdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər