Yerində metropoliten deposu tikiləcək olan ABU-nu sökürlər
23-05-2014, 13:10
Oxunub: 4 836
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti polislər tərəfindən əhatəyə alıb.
Məlumata görə, Bakı Metropoliteninin tikdiyi depo həmin ərazidə yerləşdiyi üçün bütün evlər söküləcək. Ərazidə yaşayan sakinlər bildirir ki, universitetin həyətinin bir hissəsi də plana düşən yerlərdəndir.
Sakinlərə sökülməsi nəzərdə tutulan evlərə görə kompensasiya ödənilib. Onların bir çoxu verilən kompensasiya ilə razılaşıb evlərdən çıxsa da, bəziləri məbləğlə razılaşmır. Buna görə də evlərindən çıxmayacaqlarını bildirirlər. Sakinlər evlərinin qarşılığında onlara olduqca az kompensasiya verildiyini deyirlər.
Bolgexeber.com axar.az-a istinadən xəbər verir ki, hazırda universitetin ətrafında onlarla polis var.Hazırda sözügedən əraziyə polislərin gəlməsinin səbəbi bu gün evlərin sökülməsi ilə bağlıdır. Ərazidəki polislər bildiriblər ki, evlərin söküntüsünə bu gün start verilir və onlar ehtimal edilən hər hansı qarşıdurmanın qarşısını almaq üçün göndəriliblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər