BolgeXeber.Com » Gündəm » "Bank of Azerbaijan" tanınmış jurnalistin əmanətini hələ də qaytarmayıb

"Bank of Azerbaijan" tanınmış jurnalistin əmanətini hələ də qaytarmayıb

23-05-2014, 15:00
Oxunub: 4 242 Jurnalist Samir Feyruzovla "Bank Of Azerbaijan" arasında yaranmış problem hələ də həll olunmamış qalır.
Jurnalsitin verdiyi məlumata görə, banka qoyduğu əmanətin 27 min manatını, onu da hissə-hissə alıb: "Əvvəlcə söz verdilər ki, mənim və qohumlarımın adına olan əmanəti hissə-hissə, hər gün 6 min manat olmaqla qaytarılacaq. Cəmi bir 3-4 gün bunu əməl etdilər. Ancaq bir neçə gündür ki, ümumiyyətlə, pul ödəmək istəmirlər. Deyirlər ki, bankın rəhbərliyi dəyişib, gözləyin. Mənim və qohumlarımın adına olan 63 min manat əmanət hələ də bankdadır. Bu gün dedilər ki, gələn həftədən pulun verilib-verilməyəcini isə bilmirik, əgər verilərsə 500 manat veriləcək".
Jurnalist Hafiz Məmmədova da səsləndi: "Hafiz Məmmədov bankdan uzaqlaşdırlıb. Amma səhmləri, pulları hələ də ordadır. H.Məmmədov verdiyi müsahibədə deyirdi ki, 41 şirkətim var. Hafiz müəllim, sizin öyünərək dediyiniz 41 şirkətinizin mənim pulumu qaytarmağa gücü çatmırmı? Siz müsahibənizdə "dostlarımdan biri" ifadəsini işlətmişdiniz. Əgər həqiqətən siz mənim pulumu qaytaracaq imkanda deyilsinizsə, o zaman həmin dostlarınıza deyin mənim pulumu qaytarsın. Hafiz müəllim, mən sizdən fərqli olaraq, dövlətimə pulumla yox, canımla xidmət etmişəm və sağlamlığımı itirmişəm. Xidmətlərimi də sizlərə sadalayan deyiləm. Bilirəm ki, bankdan kənarlaşdırılmısız. Amma onu da dəqiq bilirəm ki, mənim pulumun qaytarılmamasının birbaşa səbəbkarı sizsiz. Əvvəl məni sizin adınızla hədələyirdilər, indi də başqa variantlara əl atırlar".

BOLGEXEBER.COM