Rüşvət tələb edən həkim işdən çıxarıldı
24-05-2014, 09:10
Oxunub: 3 940
Ötən gün Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının iclası keçirilib
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Sabirabad Perinatal Mərkəzində son aylarda baş vermiş ana ölümləri faktları geniş müzakirə olunub. Müzakirələr və aparılan araşdırmalar zamanı Sabirabad Perinatal Mərkəzinin aidiyyatı şəxslərinin öz işlərində bir sıra nöqsanlara yol verdikləri aşkarlanıb və buna dair komissiya üzvləri tərəfindən yetgil qərar qəbul edilib. Qərar əsasında Doğuşayardım Komissiyası Sabirabad Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə qısa müddət ərzində Sabirabad Perinatal Mərkəzin direktoru V. Məmmədovun tutduğu vəzifəsindən azad edilməsinə dair müvafiq qərarın qəbul edilməsi və bu barədə Səhiyyə Nazirliyinə qısa vaxt ərzində məlumat verilməsi tövsiyə olunub. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Sabirabad Perinatal Mərkəzin direktoru Vusal Məmmədovun xəstə yaxınlarından rüşvət alması ilə bağlı video yayılmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər