Fəhlənin öldüyü tikinti Etibar Pirverdiyevindi? - Video
24-05-2014, 10:05
Oxunub: 4 347
Ötən axşam Bakının Xətai rayonu ərazisində bina tikintisi zamanı bədbəxt hadisə baş verib.
Tikintidən yıxılan fəhlə ölüb. Hadisə Məhəmməd Hadi və Sadıqcan küçələrinin kəsişməsində çoxmərtəbəli bina tikintisi aparılan ərazidə baş verib. 34 yaşlı Elşad Abdulxalıqov tikintinin doqquzuncu mərtəbəsindən yıxılıb. Fəhlə hadisə yerində dünyasını dəyişib.
Əraziyə Xətai rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları gəliblər. Hadisə yerində ilkin araşdırma aparıldıqdan sonra, Elşad Abdulxalıqovun cəsədi morqa aparılıb.
Tikinti aparılan ərazinin mühafizəçiləri jurnalistləri tikinti sahəsinə buraxmayıblar və hadisənin təfərrüatları ilə bağlı heç bir açıqlama verilməyib.
Xətai Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Musavat.com-a daxil olan məlumata görə, faciənin baş verdiyi tikiti AZENCO şirkətinə məxsusdur. Bu şirkətin sahibi “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevdir. O da məlum olub ki, şirkət ölüm faktının gizlədilməsinə çalışır. Ölən fəhlənin ailə üzvlərinə danışmamaq tapşırılıb. Hüquq-mühafizə orqanları da faktla bağlı heç bir açıqlama vermirlər. Çox çalışsaq da, Xətai Rayon Polis İdarəsi və rayon Prokurorluğundan tikintinin hansı şirkətə məxsus olduğunu rəsmi şəkildə təsdiqlətdirə bilmədik.
Hadisədən dərhal sonra tikinti sahəsinin qarşısıdakı məlumat lövhəsi də yığışdırılıb. Tikinti sahəsinin mühafizəsi gücləndirilib, jurnalistlər ora yaxın buraxılmır. Mühafizəçilər də tikintini aparan şirkətin adını deməkdən imtina edirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər