BolgeXeber.Com » Gündəm » 4 rayonun icra başçıları vətəndaş şikayətləri üzrə «rekord qırıb»lar

4 rayonun icra başçıları vətəndaş şikayətləri üzrə «rekord qırıb»lar

24-05-2014, 11:15
Oxunub: 4 504 İcra başçılarından bəziləri ilə bağlı Prezident Administrasiyasında müzakirələr başlayıb.

Məlumatı verən mənbə iddia edir ki, Lerik, Şəmkir, Ağsu və Ağcabədinin icra hakimiyyəti başçıları ilə bağlı çox ciddi problemlər yaranıb. Belə ki, həmin icra başçıları keçən ay üzərə vətəndaş şikayətləri səbəbindən «rekord qırıblar».

Mənbə söyləyir ki, PA-ya və digər dövlət qurumlarına edilən şikayətlərə görə, Lerikin icra başçısı «birinci yerə çıxıb»: «Təbii ki, bu da müvafiq dövlət qurumlarının nəzərini cəlb edib. Əgər vətəndaş şikayətləri çoxdursa, deməli, tədbir görülməlidir».

Bolgexeber.com bildirir ki, dia.az-a daxil olan məlumatlara görə, gələn həftə həmin 4 rayonun icra başçıları ilə bağlı qərar verilə bilər: «Onlardan kiminə xəbərdarlıq ediləcək, kimi də yola salınacaq. Bu həftənin son günü məsələlər aydınlaşacaq».