BolgeXeber.Com » Gündəm » General: “Danışan kimi internetdə yayırsız“

General: “Danışan kimi internetdə yayırsız“

24-05-2014, 11:40
Oxunub: 3 937 General-leytenant Çingiz Məmmədov Prezidentin sərəncamı ilə tərxis olunub

Azərbaycanın Müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov nazir general-polkovnik Zakir Həsənovun əmri ilə tərxis olunmasına münasibət bildirməkdən imtina edib.Sabiq nazir müavini Ç.Məmmədov açıqlamasında vəzifədən getməsi barədə danışmaq istəmədiyini söyləyib:
“Hər şey normaldır, öz işimdəyəm. Heç nə danışmayacam. Danışan kimi internetə yayırsınız. Nə danışıramsa, hamısını yazırsınız”.Xatırladaq ki, ötən həftə Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Prezidentin sərəncamı ilə tərxis olunub. Onu general-leytenant Kərim Vəliyev əvəzləyib. publika.az