BolgeXeber.Com » Gündəm » Xətai rayonunda binadan yıxılan işçinin ölümü ilə bağlı cinayət işi açılıb

Xətai rayonunda binadan yıxılan işçinin ölümü ilə bağlı cinayət işi açılıb

24-05-2014, 14:55
Oxunub: 4 047 Bakı şəhər prokurorluğundan Bolgexeber.com-a bildirilir ki,hündürmərtəbəli binadan yıxılan 34yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi başlanıb.

Mayın 23-də saat 18:00 radələrində 1980-cı il təvəllüdlü, Ucar rayon sakini Kərimov Elşad Hacıağa oğlu “Sərhədçi” Mənzil Tikinti Kooperativi tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində işləyərkən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.


BOLGEXEBER.COM