BolgeXeber.Com » Gündəm » “Avto-Qarant” ASC-nin səhmdarı Prezidentin sərəncamından sui- istifadə edir

“Avto-Qarant” ASC-nin səhmdarı Prezidentin sərəncamından sui- istifadə edir

24-05-2014, 17:00
Oxunub: 5 210 “Avto-Qarant” ASC-nin səhmdarı Ədalət Bağırov haqqında Bolgexeber.com saytına şok məlumatlar daxil olub.

Belə ki, “Avtoqarant” ASC-də İdarə Heyətinin sədri Elmar Musayev redaksiyamıza ünvanladığı məktubda səhmdar Ədalət Bağırovun fəaliyyəti haqqında tükürpəridici faktlar yazıb. E.Musayev deyir ki, İdarə Heyətinin sədri olduğu “Avto-Qarant” ASC-nin səhmdarlarından Ə.Bağırovun özbaşınalıqları heç bir qanuna sığmır: “O, Avtoqarant” ASC-də 62 % səhmə sahibdir. Bundan istiafadə edərək başımıza min bir oyun gətirir.

O, Müşahidə Şurasının, eyni zamanda İdarə Heyətinin işinə yersiz müdaxilələr edir. Mənim özümü heç bir hüquqi əsas olmadan İdarə Heyətinin sədrliyindən uzaqlaşdırıb, otağımın qıfılını dəyişib. Mənim dəfələrlə təhdid edib ki, səsimi çıxarmayım. Halbuki o, səhmdardır, onun İdarə Heyətinin işinə müdaxilə etməyə heç bir hüququ əsası yoxdur. Ə.Bağırov öz yaxın adamı Novruzov Rahibi şifahi şəkildə İdarə Heyətinə sədr təyin edib. Ancaq sənədlə İdarə Heyətinin sədri mənəm. Məni isə, işə buraxmır, otağımın qapısını bağlatdırıb”.E.Musayev “Avto-Qarant” ASC-nin səhmdarı Ə.Bağırovun digər qanunsuzluqlarından danışıb: “O, külli miqdarda vergidən yayınıb, dövlətə ödəməli olduğu vəsaitləri ödəməyib. Əksinə bütün vəsaitləri şəxsi ambisiyalarına xərcləyir. O, cəmiyyətin ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən icarə müqaviləsində göstərilən məbləğdən əlavə vəsait yığır.

İşçilərin maaşını vermir, aylardır ki, maaş almırıq. Məsələn, Müşahidə Şurasının sədri Asif Şirinovun aylardır ki, maaşını vermir, maaşı verməkdən imtina edir. Deyir ki, burda 62 % səhm mənimdir, qanun da mən özüməm. Qanunla İdarə heyətinin sədri 3 ildən bir səsvermə ilə dəyişməlidir. Mən 27.07.2013-cü il tarixdə səhmdarların ümumi yığıncağının qərarı ilə İdarə Heyətinə sədr seçilmişəm. Halbuki, Ə.Bağırov heç bir əsas olmadan məni bu ilin yanvar ayından şifahi şəkildə sədrlikdən uzaqlaşdırıb.

E.Musayev deyir ki, Ə.Bağırova qanunsuzluqları ilə bağlı dəfələrlə müraciət etsək də, heç kimi saymır: “O deyir ki, kimə deyirsinizsə, deyin. Mənim pullarımı heç kim əlimdən ala bilməz. 62 % səhmlər məndədir, deməli qanun da mən özüməm. Ona Prezidentin sərəncamlarını xatırlatmışıq. Deyir ki, Azərbaycan qanunlarının mənə dəxli yoxdur. Çünki mən Azərbaycan vətəndaşı deyiləm. O, digər səhmdarları da incidir, onların səsini nəzərə almır, onları hədələyir. Ə.Bağırov zor gücünə öz qolu zorlu adamları ilə bütün işləri şifahi şəkildə həll edir, ona qanunları, sənədləri göstərsək də, əlimizdən alıb, kənara atıb”.

Xatırladaq ki, “Avto-Qarant” ASC-nin səhmlərinin 62 % Ədalər Bağırova, 30 %- sabiq millət vəkili Nazimi Məmmədova məxsusdur. Onu da qeyd edək ki, Ədalət Bağırov Azərbaycan vətəndaşı deyil. Xatırladaq ki, Ədalət Bağırovun etdiyi qanunsuzluqları ilə bağlı əlimizdə səs yazıları və video görüntüləri də var.Araşdırmamız davam edir.

Adları çəkilən şəxslərin mövqeyini də dərc etməyə hazırıq.

BOLGEXEBER.COM