Bakıda adrenalin mənbəyi olan ölüm çarxları (VİDEO)
25-05-2014, 10:55
Oxunub: 3 964
Adrenalin mənbəyi olan karusellər, deyəsən, artıq həyat üçün təhlükə mənbəyinə çevrilib
İnsanların əylənmək üçün istifadə etdikləri karusellərin təhlükəsizliyi məlum hadisədən sonra gündəmə gəldi. Paytaxtda və bölgələrdəki istirahət mərkəzlərində insanlara həyəcanlı anlar yaşadan əsas əyləncə vasitələri karusel və atraksionlardır. Amma bunlardan istifadə etməyə də hər kəs ürək etmir.
Paytaxt sakini Saleh Cəfərovun sözlərinə görə, qırıla bilər, ona görə də mindirmirik.
Faqət Şirinov isə deyir ki, təhlükəli deyil, həvəsimiz var minirik.
Ekspertlərin fikrincə, ölkənin müxtəlif əyləncə mərkəzlərində, eləcə də Milli Park ərazisindəki atraksionların əksəriyyəti yeni, müasir avadanlıqlar olsa da, onlarda da bir sıra çatışmazlıqlar var.
Sosioloq Rəşad Əsgərov qeyd edir ki, Avropa ölkələrinin istehsal etdiyi atraksionlar Asiya ölkələrində istehsal olunanlardan daha keyfiyyətlidir: “Məhz sahibkarlar bilərəkdən Asiyadan daha ucuz başa gələn atraksionlar alırlar. O, cümlədən də konkret olaraq göstərmirlər ki, atraksionlar ayda neçə dəfə texniki baxışdan keçirilir”.
Paytaxtda müasir atraksionların əksəriyyəti Milli Park ərazisində toplanır. Atraksionlarda hər hansı nasazlıq ortaya çıxdıqda onun fəaliyyəti dayandırılır.
Milli Park ərazisindəki atraksionların hər biri hər səhər texniki baxışdan keçirilir. Təhlüksizlik kəmərləri, matorxana hər biri ayrılıqda yoxlanılır. Heç bir təhlükə olmadıqda müştərilərin istifadəsinə verilir.
Bulvar idarəsinin rəis müavini Nazim Məcidovun sözlrinə görə, idarə yarandığı 2008-ci ildən atraksionların teniki təhlükəsiziyinə xüsusi diqqət yetirir.
Dənizkanarı bulvar idarəsinin rəis müavini Nazim Məcidov isə xatırlatdı ki, FHN-nin xüsusi qurum var ki, bu işə nəzarət edir: “Önlar gəlib vaxtaşırı karuselləri yoxlayırlar. Nasazlıq olarsa, dayandırılır və nasazlıq aradan qaldırılmayınca işləmir”.
Hazırda Milli Park ərazisində 50-yə yaxın atraksion və karusel fəaliyyət göstərir ki, onların da böyük əksəriyyəti müasir standartlara cavab verir. anstv
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər