Məlahət Hacıyevanın «detdomlarında» «Guantanamo» rejimi tətbiq olunub?
25-05-2014, 15:15
Oxunub: 3 035
Uşaq evlərində və internat məktəblərində uşaqlara vaxtı keçmiş qidalar verirlər; burda uşaqlara davamlı olaraq işgəncə verilir…
Suraxanı rayonunda yerləşən 7 saylı xüsusi internat məktəbində 7 yaşlı Nihad Cavadovun müəllimə tərəfindən amansızlıqla döyülməsi internat məktəblərində və uşaq evlərindəki dözülməz vəziyyəti yenidən gündəmə gətirib.
Qeyd edək ki, internat məktəbləri və uşaq evləri Təhsil Nazirliynin De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsi tabeçiliyndə fəaliyyət göstərir. De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinə isə uzun illərdir ki, Məlahət Hacıyeva rəhbərlik edir və bu qurumua rəhbərlik etdiyi illərdə məmur xanım ölkənin ən varlı xanmı-məmur oliqarxlarından biri olub.
Pia.az-a daxil olan məlumatda uşaq evlərində və internat məktəblərində baş verənlərin real mənzərəsi əks olunub. Doğurdan da məlumatla tanış olduqda adamın ürəyi acrıyır. Kimsəsiz uşaqların yaşadığı bu qurumlarda vəziyyət doğurdan da dəhşətlidir və cəmiyyətmiz təcili olaraq həyacan təbili çalmalıdır. Adamı heyrətə gətirən isə odur ki, əsasən qadınların (təbii ki, eyni zamanda anaların) çalışdığı bu qurumlarda belə qeyri-insani hadisələr baş verir.
Məlumatda bildirilir ki, dövlət tərəfindən uşaq evlərinə və internat məktəblərinə gərəkli olan ehtiyac ödənilir. Ölkə miqyasında demək olar ki, bütün uşaq evləri və internat məktəbləri ya yenidən inşa olunub, ya da təmir olunub. Yəni faktiki olaraq heç kim dövlətin və hakimiyyətin uşaq evlərinə və internat məktəblərinə qayğısız və etinasız yanaşdığını söyləyə bilməz. Uşaq evlərində və internat məktəblərində bütün şəraitlərin təmin olunmasına baxmayaraq bu gün bu qurumlarda əsas problem məktəb rəhbərlərinin yaratdıqları şəraitdir. Hətta Məlumatda uşaq evlərində və internat məktəblərindəki vəziyyət «Guantanamo» düşərcəsi ilə müqayisə olunur.
Daxil olan məlumatda bildirilir ki, bir qayda olaraq uşaq evlərində və internat məktəblərində uşaqla vaxtı keçmiş qidaları verirlər. Belə ki, direktor dövlətin ayırdığı ərzağı yaxın münasibətlərdə olduğu dükanlarda dəyişir. Yəni dükanlardan vaxtı keçmiş ərzaqlar çox usuz qiymətə alınıır. Daha doğrusu ərzaq dəyişdirilir. Vaxtı keçmiş ərzaq uşaq evlərində və internat məktəblərində uşaqlara yedizdirilir, dövlətin ayırdığı ərzaq isə elə həmin dükanlarda nəqd pula çevrilir. Həmçinin uşaqlara verilən hədiyyələr də dükanlarda satılır. Ayrı-ayrı xeyirxah insanların uşaq evlərinə və internat məktəblərinə etdikləri ianələr isə mənimsənilir. Məlumatda göstərilir ki, bir çox insanlar kəsdikləri qurbanları uşaq evlərinə və internat məktəblərinə verirlər. Lakin həmin qurban ətlləri qismən müəllimlər arasında bölüşdürülür, böyük hissəsi isə direktorlar tərəfindən qəssablara verilərək satılır.
Məlumatda bildirilir ki, uşaq evlərində və internat məktəblərində uşaqları bəzən ayda bir dəfə belə çimizdirmirlər. Buna görə də uşaqlar iy verirlər. Uşaqların yaşadıqları şəraitlə görünüşləri arasında yerdən göyə fərq uşaq evlərinə və internat məktəblərinə qədəm qoyan hər kəsin diqqətini cəlb edir.
Xüsusi ilə olaraq qeyd olunur ki, tərbiyəçilər və müəllimlər uşaqlara qarşı xüsusi amansızlıqla davranırlar. Heç bir şeyə görə uşaqları döyür və cəzalandırırlar. Burda uşaqlara hansısa tərbiyə və dərs verilməsindən isə söhbət belə gedə bilməz.
Mənbə bildiririr ki, uşaq evlərində və internat məktəblərində baş verənlər birbaşa Məlahət Hacıyevaının nəzarəti altında baş verir. Çünki bu müəssisələrə rəhbərlik edən şəxslər ya Məlahət Hacıyevanının yaxın qohumları, ya rəfiqələri, ya da rəfiqələrinin yaxın qohumlarıdır. Bildirilir ki, uşaq evlərində və internat məktəblərində baş verənləri gizlin saxlamaq məqsədi ilə Məlahət Hacıyeva ancaq yaxından tanıdığı şəxsləri uşaq evlərinin və internat məktəblərinin rəhbəri təyin edir. Direktorlar da eyni zamanda öz yaxın adamlarını, yəni tam inana bildikləri adamları işə alır. Kənardan insanların uşaq evlərində və internat məktəblərində işa alınmasına isə çox az hallarda rast olunur.
Həmçinin məlumatda bildirilir ki, Suraxanı rayonunda yerləşən 7 saylı əqli cəhətdən geridə qalan uşaqlar üçün xüsusi təyinatlı internat məktəbin müdirəsi Afaqət Əsgərova ilə Məlahət Hacıyeva uzun illərdir ki, ailəvi dostdurlar. Və burda baş verən heçbir şeydən Məlahət Hacıyevanın xəbəri var.
Təhsil Nazirliynin De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsində baş verən qanunsuzluqlar, korrupsiya və qeyri insani davranışlarla bağlı məsələləri gündəmdə saxlanılıb. Lakin Məlahət Hacıyeva həmişə rəhbərlik etdiyi qurum haqqında dəhşətli fakitlara susmaqla cavab verib. Görünür ki, xanım Hacıyeva susmaqla uşaq evlərində və internat məktəblərində yaratdığı qeyri-insani rejimi ört-basdır etməyə çalışır.
Sonda onu da qeyd etməliyik ki, 7 yaşlı Nihad Cavadovun amansızlıqla döyülməsi faktı üzə çıxdıqdan sonra Təhsil Nazirliyninin tutduğu mövqe ancaq təəssüf doğurur. Təhsil Nazirliyi məsələninin üzərinə getmək əvəzinə qalmaqalın üstünü ört-basdır etməyə çalışdı. Üstəlik müxtəlif təzyiqlərlə Nihad Cavadovun babasına uşağın müəllim tərəfindən döyülmədiyini və yıxıldığını söylətdirlər. Şəffaf və hüquqi cəmiyyətlərdə isə bu cür yanaşmalar yolverilməz hesab olunmalıdır.
Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər