Masallıda arvadın ərini öldürmə səbəbi bəlli oldu- Video
26-05-2014, 07:35
Oxunub: 3 688
Masallıda ötən gecə baş vermiş qətl hadisəsinin bəzi təfərrüatları üzə çıxıb
Bolgexeber.com xəbər verir ki, apa tv-nin məlumatına görə, hadisə mayın 25-də səhər saat 04.00 radələrində rayonun Qəriblər kəndində qeydə alınıb. Kənd sakini, 30 yaşlı Gülnarə İsmayıl qızı Əzizova ailə münaqişəsi zəminində əri, 30 yaşlı Azər Azadxan oğlu Ağayevi yatan yerdə kürək nahiyəsindən bir bıçaq zərbəsi ilə qətlə yetirib.
Məlumata görə, qətlə yetirilmiş Azər Ağayevlə onun həyat yoldaşı Gülnarə Əzizova ilə doğma dayıoğlu, bibiqızıdır. 12 ilə yaxındır ki, ailə həyatı qurublar. Bu izdivacdan 3 övladları - 2 oğlan və 1 qız uşağı dünyaya gəlib. Ailənin yaxınları ər-arvad arasında indiyədək heç bir problemin yaşanmadığını bildiriblər.
İmran Nəzərov, qətlə yetirilmiş şəxsin əmisi oğlu
"Əmim oğlunun qaynı zəng etdi ki, gecə saat 5-də zəng etdi ki, yoldaşı əmim oğlunu vurub. Birlikdə ora gəldik. Gördüm işıqları yanır. Qapını, pəncərəni döydüm açan olmadı. Qapını sındırdıq gördük içəri, gördük kürəyinə bıçaq sancılıb".
Azər Ağayevin atası Azadxan Ağayev isə bacısı qızı və gəlini olan Gülnarə Əzizova tərəfindən belə ağır cinayətin törədilməsinə inanmadığını bildirib.
"İnanmıram. Onu kimsə vurub. Mən deyə bilmirəm. Mən də deyə bilmərəm savaşıblar. Bəlkə savaşmayıblar. Məni də səhər oyadıblar ki, oğlun ölüb. Deyirəm bəlkə yalan danışıblar. Görürəm camaat yığılıb. Ürəyim gəlmədi. Təcili yardım gəlib apardı".
Qeyd edək ki, Gülnarə Əzizova təqsirləndirilən şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib. İstintaqa verdiyi ilkin ifadəsində o, törətdiyi əməli boynuna alaraq, ərinin tüfeyli həyat tərzi keçirdiyini və mütəmadi olaraq onu incitdiyini bildirib. Elə hadisə baş verən gecə də Azər Ağayev içkili vəziyyətdə evə gələrək arvadını döyüb. Ərinin hərəkətlərinə dözməyən qadın çıxış yolunu onu bıçaqlamaqda görüb. Nəticədə həyat yoldaşı tərəfindən kürək nahiyəsindən bir bıçaq zərbəsi alan Azər Ağayev hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər