İsmayıllıda AVP rayon təşkilatının ofisinin açılışı olub-FOTO
26-05-2014, 11:35
Oxunub: 4 844
Ana Vətən Partiyası İsmayıllı rayon təşkilatının ofisinin açılışı olmuşdur
Açılışda AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, Gənclər təşkilatının sədri Mikayıl İbrahimov və İsmayıllı rayon təşkilatının bir qrup fəalı iştirak etmişdir.
Elçin Ağamalı çıxışında İsmayıllı rayon təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli dərəcədə müsbət rol oynayacağını bildirdi. E.Ağamalı həmçinin, partiyanın qarşısında duran vəzifələrdən, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan danışdı və Anavətənçiləri bələdiyyə seçkilərində aktiv şəkildə iştirak etməyə çağırdı.
Mikayıl İbrahimov da çıxışı zamanı partiya sıralarına gənclərin cəlb olunmasının, sosial şəbəkələrdə təbliğat işinin daha da gücləndirilməsinın vacib amil olduğunu bildirdi. Eyni zamanda AVP İsmayıllı rayon təşkilatının sədri, Şahməmməd Dağlaroğlu, sədr müavini Bəhrəm Əzizov və Qadınlar Şurasının sədri Çinarə Bəhərçinli çıxış edərək partiya fəallarını ofisin açılışı münasibətilə təbrik etdilər. Tədbir çərçivəsində Şahməmməd Dağlaroğluna, Bəhrəm Əzizov, Çinarə Bəhərçinliyə, Valeh Əliyevə, Elxan Qəniyevə səmərəli partiya fəaliyyətlərinə görə xatirə hədiyyələri təqdim edildi.
Tədbirin Sonunda isə Ana Vətən Partiyası İsmayıllı rayon təşkilatının sədri, “İsmayıllı xəbərləri" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-jurnalist Şahməmməd Dağlaroğlu son “Cinaz bulağı ” kitabının nüsxələrini tədbir iştirakçılarına hədiyyə etdi.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər