KVN-çi Tahir İmanovdan YAP-çı kimi şablon açıqlamalar
26-05-2014, 13:30
Oxunub: 4 160
“Bir dəfə hakimiyyətdə olublar da, gördük, müxalifət Etibar Məmmədov olanda vardı”
Mustafa Hacıbəyli: “Onlar təlxəklik edirlər, Pənah Hüseyn indi baş nazir olsaydı, yaltaqlanıb pul istəyəcəkdilər”
“Mən Azərbaycan müxalifətini tanımıram. Çünki ölkəmizdə müxalifət görmürəm, onlar ümumiyyətlə, fəaliyyət göstərmir”. Bu fikirləri “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanov teleqraf.com-a müsahibəsində səsləndirib.
O, “İsa Qəmbər və Əli Kərimlini də tanımırsınız” sualına belə cavab verib: “Onları tanımıram. Heç tanımaq da istəmirəm. Onlar Azərbaycan üçün nə ediblər? Artıq 10 ildən çoxdur ki, mən Azərbaycanda müxalifət görmürəm.
Müxalifət o vaxt, Etibar Məmmədov olanda var idi. Hətta biz onu dəfələrlə parodiya da etmişik. Müxalifət 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı başlayanda var idi. Hətta Heydər Əliyev də müxalifətdə olub".
T.İmanova deyib ki, indiki müxalifət liderlərinin hərəsi bir xarici maşında, cangüdənlə gəzir: “Sual yaranır, doğrudan da, müxalifətsənsə, işsizsənsə bu maşınlar səndə haradandır? Ən azı cangüdən saxlamaq üçün pul lazımdır.
Aha deməli, qıraqdan haradansa sənə pul gəlir. Mən siyasətçi deyiləm, təxmini bir vətəndaş kimi hesablayıram. Millət üçün canın yanır, mübarizə aparırsan? Get adi insanlar kimi ictimai nəqliyyatdan istifadə elə, adi insanlar kimi kitabxanaya, AMEA-ya işə düzəl. Bir quru maaşa yaşa görək, yaşaya biləcəksən? Təəssüflər olsun ki, bizdə müxalifət ancaq hakimiyyətə gəlib varlanmaq istəyir".
KVN aktyoru bu şablon sözü də deməyi unutmayıb:
“Bir dəfə hakimiyyətdə olublar da, gördük. 1992-ci ildə Anar Məmmədxanov baş nazirə müraciət elədi ki, biz Moskvaya gedirik, oyunumuz var. KVN nədir başa saldıq, bir qəpik də pul vermədilər. Bilirsiniz niyə? Dedilər ki, KVN rus dilindədir, bizə rusdilli oyunlar lazım deyil”.
* * *
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli hesab edir ki, müxalifət olmasaydı T.İmanov bu haqda danışmazdı: “Tahir İmanovun personasına gəlincə, parodiya ayrı bir janrdır. Onların son dövrlər etdikləri isə parodiya, yumor, satiradan çox-çox uzaqdır. Onlar təlxəklik edirlər, çıxışlarında hakimiyyətin ayrı-ayrı nümayəndələrinə yaltaqlanırlar. Xalq KVN-i çox sevirdi. Amma indi görür ki, konsertlərinin hər girişi və çıxışı yaltaqlanmaqla başlayır və bitir. Ona görə də yaxşı olar ki, müxalifətin dərdini çəkməkdənsə, gedib təlxəkliklə məşğul olsunlar”.
M.Hacıbəylinin sözlərinə görə, T.İmanovun müxalifətə olan aqressiyasının qaynağı var: “Onun qardaşı Cabir İmanov polis orqanlarında işləyir və müxalifətin mitinqlərinin dağıdılmasında onun da rolu var. Bu da qərəzli münasibətdən doğan müsahibədir”.
T.İmanovun liderlərin cangüdənlə, maşınla gəzmələri haqda dediklərini isə M.Hacıbəyli gülüşlə qarşılayır: “Kiminsə tanışı, kiminsə dostu müxalifət liderinə maşın bağışlaya bilər. Ona qalsa aylıq əmək haqqı 150 manat olan minlərlə adam tanıyırıq ki, avtomobili var.
Ona da eyni sualı vermək olar ki, bu maaşla həmin maşını necə almısan? Əslində hakimiyyətin yaratdığı mühitdir ki, müxalifət liderinin maşın almasını müzakirə edirlər. Türkiyədə müxalif liderlərin maşını da var, partiyaların yüksək şəraitli qərargahları da. O deməkdən ki, iqtidar müxalifəti düşmən kimi qəbul edir, gəncləri, fərqli düşünənləri, etiraz edənləri həbsə atır əvəzinə belə danışır".
Müsavat yetkilisi Cəbhə hökuməti vaxtı KVN-ə pul ayrılmaması ittihamına da cavab verdi: “Əsl elita müxalifətdir. Mədəniyyəti, sənəti bilən adamlar da müxalifətdədir. Yaxşı rüşvət verib, ötürə bilənlər isə indi vəzifələrdə yer alıb. Onlarla ziyalımız ağır şərtlər altında yaşayır, xaricə getməli olurlar. Bunları demək lazımdır. Amma onların Cəbhə hökuməti vaxtı pul istəmələrinə inanıram.
Onlar hər kəsdən pul dilənirlər. Əminəm ki, Pənah Hüseyn indi baş nazir olsaydı, onu tərifləyəcəkdilər, başına and içəcəkdilər, yaltaqlanıb pul istəyəcəkdilər və bu gün iqtidarda olanlar haqda bu fikirləri deyəcəkdilər".
Müsavat başqanının gənclər üzrə müşaviri Səxavət Soltanlı isə facebook səhifəsində yazıb ki, bu çox keyfiyyətsiz, savadsız və düşük müsahibədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər