BolgeXeber.Com » Gündəm » Van əyalətində baş verən zəlzələdə azərbaycanlı dağıntılar altından sağ çıxarılıb

Van əyalətində baş verən zəlzələdə azərbaycanlı dağıntılar altından sağ çıxarılıb

27-10-2011, 11:50
Oxunub: 4 749 Xilasedicilər onun xilas olunması üçün 5 saat çalışıblar.

Amma Vüsalə Çalışkan qolunu itirib. Bolgexeber.com Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Vanda dağıntılar altından azərbaycanlı - Türkiyə vətəndaşı ilə ailəli olan Vüsalə Çalışkan xilas edilib.

Vüsalə bir il yarımdır Azərbaycanda oxuyarkən tanış olduğu Murat Çalışkanla ailə quraraq Türkiyəyə köçüb.

Xilasedicilər onun xilas olunması üçün 5 saat çalışıblar. Amma Vüsalə Çalışkan qolunu itirib.

Van vilayətində oktyabrın 23-də baş verən zəlzələ nəticəsində ölənlərin sayı 481-ə çatıb, 1600 nəfərdən çox yaralı var.