Badamdarda milyonluq villaya sahib general kimdir?
2-06-2014, 16:30
Oxunub: 7 606
"Mərhum Heydər Əliyevin zamanında general-mayor Məmməd Beydullayev ciddi şəkildə cəzalandırılmışdı”.
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov general-mayor Məmməd Beydullayevin polisə çağırılması ilə bağlı açıqlamasını şərh edərkən deyib.
O, Beydullayevin general rütbəsini daşımağa layiq olmadığını bildirib:
"Beydullayev həmişə general nüfuzuna xələl gətirən şəxs kimi tanınıb. Beydullayevin polisə çağırılması tam dəqiqdir. Onun açıqlamasında dediyi sözlərin hər biri Beydullayevin özünümüdafiəsinə hesablanan yalanıdır. Beydullayev general rütbəsi daşısa da, özünü heç vaxt bu rütbəyə layiq aparmayıb. Mərhum Heydər Əliyevin zamanında o, ciddi şəkildə cəzalandırılmışdı. Ancaq çox təəssüf ki, Heydər Əliyev dünyasını dəyişəndən sonra general rütbəsini almağı bacardı”.
Hərbi eskpert Məmməd Beydullayevin bundan sonra daha ağır günlərlə qarşılaşacağını söyləyib:
"Onun yanlış yürütdüyü kadr siyasəti bu gün də özünü göstərməkdədir. Unutmasın ki, Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində, ATV kanalının yaxınlığında yerləşən dövlətin verdiyi mənzili kimə satdığı, Badamdar qəsəbəsində milyonlarla dollara inşa etdiyi villası insanların gözü qarşısındadır. Beydullayev bacarırsa, bu məsələlərə aydınlıq gətirsin ki, sadə general məvacibi ilə bu villanı necə inşa etdirib”.
Ekspert Hərbi Prokurorluğun bir sıra ciddi məsələləri araşdırdığı barədə məlumat aldığını da söylədi:
"Beydullayevlə bağlı Hərbi Prokurorluqda bir sıra məsələlər, o cümlədən Hərbi Dəniz Qüvvələrində dövləti aldatdığı məqamlar araşdırılır. O, Baş İnspeksiya İdarəsinin rəisi kimi yoxlamalar aparıb və real faktı gizlədib. Beydullayev özü də yaxşı bilir ki, nəyin müqabilində bu məsələləri gizlədib”.
Qeyd edək ki, Məmməd Beydullayev "Aznews.az” saytına açıqlamasında polisə çağrılmasının yalan olduğunu bildirib. O, indiyə qədər orduda şərəflə xidmət etdiyini bildirib.
Xatırladaq ki, 2013-cü il oktyabrın 24-də general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Baş İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifəsindən azad edilib. Onun yerinə isə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər