«Hyundai Servis» müştəriləri süründürür
3-06-2014, 14:40
Oxunub: 8 437
Şirkətin Badamdardakı servis mərkəzində özbaşınalıq adi hal alıb
Məlum olduğu kimi, ölkəmizdə iri avtomobil şirkətlərindən bir neçəsinin rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Son illər əhali arasında avtomobillərə olan tələbat artdığından istehsalçılar bunu nəzərə alaraq Azərbaycanda fəaliyyətlərini təmin edirlər. Heç şübhəsiz ki, 1996-ci ildən fəaliyyət göstərən «Hyundai Azerbaijan» şirkəti hazırda Azərbaycanın ən böyük satış və servis şəbəkəsinin sahibidir. Qeyd edək ki, «Hyundai Auto Azerbaijan»ın (HAA) Bakı şəhərində dörd rəsmi satış, dörd rəsmi servis mərkəzi fəaliyyət göstərir. Onu da bildirmək lazımdır ki, ötən illərin statistikasına görə «Hyundai» markası ölkəmizdə ən çox satılan avtomobillərin arasında liderliyə yüksəlib.
Bütün bunlara baxmayaraq, şirkətin nəzdində fəaliyyət göstərən bəzi «Hyundai Servis» mərkəzləri vətəndaşları incidir, onların hüquqlarını pozur. Məlumat üçün bildirək ki, şirkətdən avtomobil alan sürücülərə müəyyən güzəştlər tətbiq edilir. Məsələn, müəyyən müddətə kimi avtomobilin yağı pulsuz dəyişdirilir, texniki xidmətə görə qiymətlərdə endirim edilir və sair. Amma «Hyundas Servis»in bir neçə mərkəzi var ki, orda sürücülər süründürməçiliyə məruz qalır. Dünən redaksiyamızla əlaqə saxlayan paytaxt sakinlərindən biri şirkətin Badamdar qəsəbəsində yerləşən servis mərkəzinin fəaliyyətindən qane olmadığını bildirdi. İşi ilə bağlı olaraq adının gizli qalmasını xahiş edən şəxsin sözlərinə görə, «Hyundai Auto Azerbaijan»dan aldığı avtomobilini yağının dəyişməsi vaxtı tamam olduğu üçün servisə gətirib: «Maşını alandan bir neçə dəfə servisdə pulsuz yağ dəyişiblər. Dünən «Hyundai Sonata» markalı maşınımı servisə apardım ki, yağını dəyişsinlər. Servisin işçisi yazılı blank gətirdi və qəribə səs tonu ilə dedi ki, bura imza atmalısan. Halbuki, bu vaxta qədər belə halla üzləşməmişdim. Hər dəfə maşını gətirirdim və sorğusuz filansız xidmət göstərirdər. Servisin işçisindən nəyə görə imza atmalı olduğumu soruşdum, lakin mənə cavab vermədi. Qayıtdı ki, dedim qol çəkməlisən vəssalam, yoxsa maşının yağını dəyişməyəcəm. Beləcə aramızda mübahisə yarandı. Və qarşı tərəf məni təhqir etməyə başladı. Mən isə buna heç bir əhəmiyyət vermədim. Servisin əməkdaşı nəyəsə görə özünü təqdim etmədi. Qorxdu ki, birdən ondan şikayət edərəm. Avtomobiliə minib ordan uzaqlaşdım. Bir ətək pul verib «Hyundai Azerbaijan»dan maşın almışam. Şirkətin servisində gördüyüm münasibət məni çox məyus etdi. Demək ki, reklamda deyilənlərin hamısı boş, cəfəngiyyat imiş. Müştərilərə qarşı belə kobudluq etmək olmaz. Mən səbirli davrandım heç nə demədim. Başqa müştəri olsaydı, dediyi sözlərə görə servisin işçisini məhkəməyə verib üzr istətdirərdi.
Üstəlik, maddi təzminat da alardı. Ümumiyyətlə, şirkətin servis mərkəzlərində normal xidmət yoxdur. Ustaların bir çoxunun peşəkarlıq səviyyəsi aşağıdır. Bu hadisə başıma gələndən sonra «Hyundai»dan maşın almağıma peşman olmuşam. Ən qısa müddətdə avtomobilimi dəyişəcəm. Çünki reklamda deyildiyi kimi şirkət müştərilərinə yüksək xidmət göstərmir. Alqı-satqı müqaviləsində göstərilir ki, şirkət «0» kilometr avtomobillərə görə bəzi texniki xidmətləri maddi təmənna olmadan həyata keçirməyə borcludur. Əfsus ki, mən bunu görmədim. «Hyundai Auto Azerbaigaln»ın rəhbərliyindən rica edirəm ki, Badamdar servisində çalışan şəxslərə müştərilərlə necə davranmalı olduqlarını öyrətsinlər». Şikayətlə bağlı servisin 502-90-91 nömrəli telefonuna zəng vursaq da, dəstəyi qaldıran olmadı. Ümid edirik ki, şirkət rəhbərliyi müştərilərə qarşı özbaşına hərəkətlərə yol verən Badamdar servisinin əməkdaşının kimliyinə aydınlıq gətirib onun cəzasını verəcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.
gundelik-baku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər