Separatçılar Luqanskda hərbi hissəni ələ keçirdiklərini elan ediblər
4-06-2014, 10:00
Oxunub: 2 969
Separatçı qüvvələrin nümayəndəsi Luqanskda yerləşən hərbi hissəni ələ keçirdiklərini bəyan edib
Məlumata əsasən, hərbi hissədə olan bütün hərbçilər təslim olub. “Hərbçilərin hamısı təslim olub. Hazırda onları hərbi hissənin təlim meydanında sıraya düzmüşük, onların barəsində hansı addımların atılacağına dair müzakirə aparılır”, deyə mənbə bildirib.
Separatçının sözlərinə görə, əsgərlər arasında çoxlu sayda yaralı var.
“UNN” agentliyi separatçılar arasında da itkilərin olduğunu bildirib. Ukrayna Milli Qvardiyasının məlumatına görə, separatçılar arasında 10-dək silahlı yaralanıb, bir neçə nəfəri öldürülüb.
Qeyd edək ki, bir neçə saat əvvəl 300-dək silahlı separatçı Ukrayna Milli Qvardiyasının milis alayını mühasirəyə alaraq hərbçilərdən təslim olmalarını tələb ediblər. Hərbçilərin etirazına cavab olaraq separatçılar hərbi hissəni qumbaraatan, minaatan, pulemyot və avtomat silahlardan atəşə tutublar. Bir neçə saat davam edən qızğın döyüş zamanı hərbi hissədə güclü yanğın baş verib.
Ukraynanın rəsmi qurumları hələlik məlumatı təsdiqləməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər