"Yaxşi nömrələr" rəsmən bahalaşdı
28-10-2011, 16:05
Oxunub: 5 969
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif olunub
Azərbaycan “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinə daxil olub. APA-nın xəbərinə görə, layihədə avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar müəyyənləşdirilib. Layihəyə əsasən, rüsumlar dövlət qeydiyyatı nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə təyin olunacaq.
Qeyd olunub ki, avtomobillərin nömrəsi 001-dən 009-a qədər olan rəqəmlərdən, seriyası müxtəlif hərflərdən ibarət olduqda rüsum 1500, nömrə 001-dən 009-a qədər, seriyası eyni hərflərdən ibarət olduqda rüsum 2500, rəqəmlər 100-dən 900-ə qədər, seriya müxtəlif hərflərdən ibarət olduqda 1000, rəqəmlər 100-dən 900-ə qədər, seriya eyni hərflərdən ibarət olduqda 1500, nömrə 111, 222, 333, 444 , 555, 666, 777, 888, 999, seriya müxtəlif hərflərdən ibarət olduqda rüsum 500 manat, nömrə 111, 222, 333, 444, 555, 666, 777, 888, 999, seriya eyni hərflərdən ibarət olduqda isə rüsum 1000 manat müəyyənləşib.
Bu rəqəmlər və həriflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyatı nişanlarının verilməsinə, habelə, bu rəqəm və hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyatı nişanlarının təkrar verilməsinə görə, dövlət rüsumu 18 manat müəyyənləşdirilir.
Qeyd edək ki, indiyədək bütün nömrə nişanları üçün rüsum 18 manat olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər