BolgeXeber.Com » Gündəm » 22 dəqiqəliq qasırğa Gəncəni pis günə qoydu-Foto,Video

22 dəqiqəliq qasırğa Gəncəni pis günə qoydu-Foto,Video

11-06-2014, 09:40
Oxunub: 4 433 Dünən saat 22-00 radələrində başlayan və 22 dəqiqə davam edən qasırğa Gəncə şəhərində böyük fəsadlar törədib.

Bolgexeber.com xəbər verir ki, leysan yağışla müşayiət olunan qasırğa şəhərin mərkəzi küçələrində yüzlərlə qədim ağacları aşırıb, 700 dən çox evin dam örtüyünə zərər yetirib, şəhərin elektrik və qaz təchizatında problemlər yaranıb. Çox sayda dayanacaq və işiq dirəkləri yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. İnsan təlafatı yoxdur.

Gecə yarısına qədər şəhərin əksər hissəsində enerjinin verilişi dayandırılıb. Gecə 01:30 radələrindən sonra enerjinin verilişi və avtomobillərin hərəkəti bərpa olunub. Gəncə şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən səhərə qədər qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Hal-hazırda da bu fəaliyyət davam etdirilməkdədir.

Gecə yarısı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev KİV nümayəndələrinə fəlakətin fəsadları və görülmüş tədbirlər haqda məlumat verib.