BolgeXeber.Com » Gündəm » Səfər Əbiyev dövləti 100 milyon mabat borca salıb

Səfər Əbiyev dövləti 100 milyon mabat borca salıb

12-06-2014, 02:35
Oxunub: 3 253 Dövlətin Azərbaycan hərbçilərinə 100 milyon manatdan çox borcu var

Bu sözləri hərbi ekspert Cəsur Sümərənli öz Feysbuk səhifəsindən yazıb. O, məhz Səfər Əbiyevə görə indiyə qədər hərbçilərin öz halal maaşlarını ala bilmədiklərini deyib:

“Səfər Əbiyevin qanunsuz göstərişi ilə 1997-2005-ci illərdə ordunun cəbhə xəttində xidmət edən şəxsi heyəti üçqat əvəzinə ikiqat məvacib alıb. Beləliklə, indiki göstəricilərə görə dövlətin həmin hərbçilərə 100 milyon manatdan artıq borcu var. Orduda (arxa cəbhə) zabitlərin (leytenant) məvacibi 400 manatdan başlayır, ön cəbhədə bu rəqəm 600 manat təşkil edir”.