“Bank Respublika”nın vəzifəli şəxslərinə cinayət işi açıldı
12-06-2014, 11:15
Oxunub: 3 794
Saxta arayışla 137 min 700 manat kredit verilib
“Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə həmin qurumdan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin Sabirabad filialının vəzifəli şəxslərinin 38 halda Saatlı rayon sakinləri ilə onların müxtəlif vəzifələrdə işləmələri və əmək haqqı almaları barədə idarə, müəssisə və təşkilatlar tərəfindən verilmiş saxta arayışların və təqdim edilmiş digər sənədlərin qanuniliyini yoxlamadan qanunsuz olaraq istehlak krediti müqavilələri rəsmiləşdirməklə 137 min 700 manat məbləğində vəsaitin kredit kimi ödənilməsinə şərait yaratmalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməklə onların məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər