Elmar Vəliyevin kadrı Gəncədə “qaz vurub qazan” doldurur
12-06-2014, 15:00
Oxunub: 4 692

Gəncə şəhər Telekommunikasiya İdarəsinin rəisi Əbülfəz Orucov rabitə sektoruna keçmək üçün nə qədər “tər töküb.Gəncə sensasiyalı xəbərləri ilə paytaxtdan geri qalmır. Belə ki, hər gün yeni bir xəbər aldığımız Gəncədən bu dəfə Telekommunikasiya Qovşağından məlumat almışıq. Azerinfo.org-a daxil olan məlumata görə, şəhər Telekommunikasiya Qovşağının rəisi Əbülfəz Orucov rəhbərlik etdiyi qurumu öz şəxsi mülkü kimi idarə edir. 6 aya yaxındır ki, qovşaq rəisi olan Əbülfəz Orucov sözün həqiqi mənasında “qaz vurub qazan” doldurur. Gəncə şəhər “Sobez” müdirliyindən qovşaq rəisi vəzifəsinə transfer olan Əbülfəz Orucov burada özünün köhnə iş sistemini bərpa edib. Onu tanıyanların sözlərinə görə, səssiz-səmirsiz pul qazanmaq Əbülfəz Orucovun köhnə peşəsidir.
Bildirək ki, Əbülfəz Qurbanov Füzulli Ələkbərovun dövründə işlədiyi Gəncə şəhər Əhalinin Sosial müdafiəsi mərkəzində ciddi qanun pozuntularına yol verdiyi və bu səbəbdən də Səlim Müslümovun dövründə “vurulduğu” bildirilir.
Gəncə şəhər Əhalinin Sosial müdafiəsi mərkəzinin direktoru olduğu dövrdə yüzlərlə şəxsin adına yazılmış ünvanlı sosial yardımların məhz Ə.Orucova çatdığı qeyd olunur. Həmin dövrdə külli miqdarda var dövlətə sahib olan Əbülfəz Orucov artıq yeni qazanc mənbəyi kimi Gəncə Telekommunkisaiya Qovşağında fəaliyyətini davam etdirir. Təbii ki, rabitə sahəsindən heç bir xəbəri olmayan “vurulmuş” kadrın yeni nazirlikdə belə bir mühüm vəzifə tutmasında Gəncə xanı Elmar Vəliyev faktorunu unutmaq olmaz. Məhz onun iradəsi ilə Azərbaycanın ikinci böyük və müharibə zonasına yaxın şəhərinin rabitə sisteminə “sobez müdiri” gətirilib. Axı o rabitə sektorundan ümumiyyətlə xəbərsizdir. İndi özünüz düşünün, ölkənin ikinci böyük şəhəri olan Gəncənin rabitə və telekommunikasiya problemlərinin həlli bu işdən anlayışı belə olmayan birinə tapşırılıb. Telefon xəttlərinin çəkilməsi, kabellərin dəyişdirilməsi və yenilənməsi, ümumiyyətlə, rabitə ilə bağlı çoxsaylı problemlərin həllində məsul olan Gəncə Telekommunikasiya Qovşağı bütün bu işlərdən xəbərsiz olan yeni rəhbərin idarəçiliyi altında necə işləyə bilər?
Məlumatlı şəxsin iddiasına görə, Əbülfəz Orucov yaxın ətrafındakılara bildirib ki, qovşaq rəisi təyinatı almaq üçün 200 min manatından keçib. Keçmiş “Sobez” müdirinin köhnə iş yerində verdiyi nöqsanlara görə, həbs olunacağı gözlənildiyi halda qəflətən qovşaq rəsi təyin olunması Əbülfəz Orucovu haqlı çıxarır.
O da qeyd olunur ki, Əbülfəz Orucov rəis təyinatı aldıqdan sonra bir çox işçilərin yerlərini dəyişdirib, bəzilərinin isə “aklad”ını azaldaraq yeni götürdüyü işçilərə verib. Son bir neçə ayda isə Telefon Kommunikasiya Qovşağına 50 yaxın şəxs işə götürülüb. Həmin şəxslərdən isə işə düzəlmək üçün 2-5 min manat arası rüşvət alındığı iddia oluunur. Baxmayaraq ki, Gəncə Telekommunikasiya Qovşağının balansında 12 ATS və ümumilikdə 800 yaxın işçi var və yeni işçi qəbulu əslində başqa mahiyyət daşıyır.
Qovşaq rəisinin köhnə peşəsindən əl çəkməyərək, burada da işçi maaşlarına göz dikdiyinə dair şikayətlər gəlməkdədir.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər