«175» saylı avtobusun sahibkarı NN-i saymır?
14-06-2014, 17:35
Oxunub: 4 078
Marşrut sürücülərinin özbaşınalığı ilə bağlı tədbir görülmür
Bakıda bəzi avtobus sürücülərinin xoşagəlməz əməlləri davam edir. Belə ki, paytaxt avtobuslarının kart sisteminə keçidi ətrafında söz-söhbət səngimək bilmir. Paytaxt sürücüləri və sərnişinləri üçün yeni olan bu sistemin tətbiqi, hələ ki, qarşılıqlı problem yaratmaqda davam edir. Bütün bunlar bir yana «Hövsan qəsəbəsi - "28 May" metrostansiyası» istiqamətində hərəkət edən «175» saylı avtobusların sürücüləri hərəkət qrafikini kobud sürətdə pozur, axşam saat 18 radələrindən sonra 20 dəqiqəlik intervalla xəttə çıxırlar.
Hövsan qəsəbəsinin sakinləri bildirirlər ki, 20 dəqiqəlik interval axşam saat 20-dən sonra yarım saatla əvəzlənir. Üstəlik, axşam saat 22-dən sonra sərnişinlər evə getməyə maşın tapmırlar. Buna görə də məcburiyyət qarşısında qalıb, taksi sürücülərinə üz tuturlar. Avtobusların olmamasından istifadə edən taksi sürücüləri isə Hövsan qəsəbəsi sakinlərinə qiymət oxuyurlar. Sərnişinlər bildirirlər ki, bu cür xoşagəlməz hal illərdlir davam edir. Qəsəbə sakini Rasim Tağıyevin sözlərinə görə, «175» saylı marşrut avtobusu sürücülərinin bu qanunsuzluqları illərdir davam edir: «Hövsan qəsəbəsindən «Əhmədli» metrostansiyası istiqşamətində «132» saylı avtobuslar da hərəkət edir. Ancaq həmin avtobusların sürücülərinin hərəkət qrafiki 4-5 dəqiqədir. Onlar sərnişinlərlə olduqca mədəni şəkildə davranır, hərəkət intervalını pozmurlar. Amma «175» saylı avtobusun sürücüləri isə hərəkət qrafikini kobud şəkildə pozurlar. Bu marşrutun sahibkarı sanki Nəqliyyət Nazirliyinə meydan oxuyur. Sürücülərin özbaşınalıqları isə öz yerində. Xahiş edirik, Nəqliyyat Nazirliyinin rəhbərliyi «175» saylı avtobusların sürücüləri ilə bağlı araşdırma aparsınlar. Onda bu şəxslərin hansı özbaşınalıqlar etdiklərini özləri görəcəklər».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər