Lerik rayon ƏSMM-in işçisindən Səlim Müslümova şikayət-Məktub
15-06-2014, 11:15
Oxunub: 7 672
“Biz gözləyirdik ki, Siz Nazir seçiləndən sonra”...
Bir qrup Lerik sakini adından Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də Bolgexeber.com-a göndərilən müraciətin mətnini olduğu kimi diqqətinizə təqdim edirik:
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova
“Hörmətli Səlim müəllim, bu məktubu yazmaqda məqsədimiz Sizin nəzərinizə bəzi məsələləri çatdırmaqdır.
Bildirmək istəyirik ki, Əsgərov Mirqabil Mirəhməd oğlu Sizin əmrinizlə “Ç” maddəsi ilə DSMF Lerik rayon şöbəsindən işdən çıxarılmışdır. Lakin Lerik rayon ƏSMM-nin keçmiş direktoru Alışov Vəligülla Fazil oğlu Əmək məcəlləsini pozaraq onu Lerik rayon ƏSMM-nə işə götürür. Ünvanlı sosial yardım verilən ildə isə onu Ünvanlı sosial yardım üzrə məsləhətçi təyin edir.
Hörmətli Nazir Sizə bildirmək istəyirik ki, M.Əsgərov və sizin hal-hazırda Lerik rayon ƏSMM-dən işdən çıxardığınız şəxslər o şəxslərdirki, vaxtı ilə əmək pensiyaları DSMF-yə və veriləndə Sizin tapşırığınzla yoxlama nəticəsində aşkar edilmiş külli miqdarda saxta pensiyalar yazıb onu mənimsəyən şəxslərdir.
Biz gözləyirdik ki, Siz Nazir seçiləndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən işçilərin şəxsi işləri ilə tanış olub necə işçilərin çalışdığını görərsiniz. Amma M.Əsgərov kimi şəxslər hələ də sizin Nazirliyin işçiləridir. Mirqabil bu qədər pulu hardan gətirir ki, Lerik rayonu Aşağı Bilnə kəndində çayın üzərindən üz evinə körpü çəkir, Bakı şəhərində evlər tikir, xarici markalı maşınlar alır. Hörmətli Səlim müəllim görəsən 200 manat əmək haqqı alan məmur bütün bu işləri necə edib?!
Hörmətli Səlim müəllim biz inanırıq ki, Siz bu məktubu alandan sonra lazımi tədbiri görərsiniz”.
Hörmətlə,
Bir qrup Lerik sakini.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər