Ermənilər Azərbaycanda məktəbi partlatmaq istəyiblər
18-09-2010, 11:20
Oxunub: 8 675

Sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində əməliyyat keçirməyə cəhd edən erməni təxribat qrupunun məqsədi Azərbaycanda orta məktəblərdən birində partlayış törətmək olub. Bunu elə təxribat törətmək üçün Azərbaycana keçməyə cəhd edərkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən Manvel Mamikonoviç Sarıbekyan “Bolgexeberin” əməkdaşına açıqlayıb.
"Samvel dedi ki, lazım olsa, türkləri qıra bilərsənmi? Mən də dedim bəli. Onunla dəfələrlə görüşdükdən sonra məni xarici maşında meşədəki bir evə apardı. Orada mənim kimi 7-8 gənc oğlan var idi. İki ay ərzində orada təlim keçmişik. Bizə atəş açmağın, qumbaralardan istifadənin qaydalarını və partlayışları törətməyin yollarını öyrədiblər. 4 nəfərlə birgə Şəmşəddin deyilən meşəyə apardılar. Səhər saat 3-ə yaxın meşədən gələrkən yaxınlıqda türklərin kəndi var. Zamanlı kəndinə gedib məktəbi partladıb geri qayıtmalı idik".
Xatırladaq ki, sentyabrın 11-də təxminən saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun hiyləsi dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri - kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Mamikonoviç Sarıbekyan Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yaxalanıb. Digər 3 nəfər isə qaçmağa müvəffəq olub.
Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub.
Manvel Mamikonoviç Sarıbekyanın açıqlamasına aşağıdakı linkdə də baxa bilərsiniz:
http://www.youtube.com/watch?v=PPtLkOo0O9U
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər