Mirvari Qəhrəmanlı:“Cahangir Əliyev düz danışmır”
27-06-2014, 16:40
Oxunub: 5 326
Hüquq müdafiəçisi və ARDNŞ-nin mətbuat xidməti komitə sədrinin dediklərini təkzib etdilər
Ekologiya və təbii sərvətlər nazirliyinin Hidrometeorologiya Milli Departamentinin məlumatına görə iyunun 27-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti olacaq. Paytaxtda cənub küləyi əsəcək və gecə güclənəcək. Havanın temperaturu gecələr 22-24 dərəcə, gündüz isə 31-33 dərəcə isti olacaq. Rayonlarda isə gündüz 33-38 dərəcə isti olacaq.
Neftçilərin hüquqlarını müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, 38 dərəcə istidə açıq havada görülən bütün işlər dayandırılmalıdır: “ Çünki yüksək temperaturda günəş vurmaları təhlükəli olur. Bizim ölkəmizdə ən böyük istehsal sahəsi neft-qaz istehsalı və emalı sahəsidir. Ən böyük struktur Dövlət Neft Şirkətidir (SOCAR)”.
Ölkəmizdəki neft çıxarma sahəsində görülən işlərin çoxu açıq havada həyata keçirilir. Ona görə də kəskin hava şəraitində baş verəcək hadisələrə münasibəti öyrənmək üçün neft-qaz sahəsində çalışanların Respublika Həmkarlar Komitəsinə müraciət etdik. Komitənin sədri Cahangir Əliyev müxbirimizə bildirib ki, siz heç narahat olmayın, biz lazım olan tədbirləri görürük. Yüksək temperatur olanda neft-qaz çıxarması sahəsində işlər dayandırılır.
Mirvari Qəhrəmanlı isə bildirdi ki, Cahangir Əliyev düz demir, onun rəhbərlik etdiyi həmkarlar komitəsi heç vaxt işlərin dayandırılmasını tələb etməyib.
ARDNŞ-nin (SOCAR) adının çəkilməsini istəməyən əməkdaşı isə bildirdi ki, biz heç vaxt işi dayandırmırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər