BolgeXeber.Com » Gündəm » Sabah Dövlət Bayrağı Meydanı Kompleksindəki bayraq endiriləcək

Sabah Dövlət Bayrağı Meydanı Kompleksindəki bayraq endiriləcək

27-06-2014, 17:30
Oxunub: 3 833 Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi açıqlama yayıb

İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 28-də Bakıda küləyin güclənəcəyi ilə əlaqədar dövlət bayrağı hava sabitləşənədək endiriləcək. Bu qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatı əsasında qəbul olunub.