Azad Rəhimovun obyektlərinə Bosniyadan qul daşıyan mafiya tutuldu
28-06-2014, 17:30
Oxunub: 3 089
Bosniya prokurorluğu bəyan edib ki, həmin şəxslər yüzlərlə fəhləni iş adı altında aldadıb Azərbaycana aparıblar
Bosniya prokurorluğu 2007-2009-cu illər arasında yüzlərlə fəhlənin Azərbaycana aparılıb qul kimi istismar edilməsini görə mütəşəkkil cinayətkar qruplaşmanın 13 üzvünün həbs edildiyini açıqlayıb. Virtualaz.org saytı Bosniya mənbələrinə istinadən xəbər verir ki, həmin şəxslər Bosniya, Serbiya və Makedoniyadan 600-dan çox fəhlənin qul kimi Azərbaycana satılmasını təşkil ediblər.
Bosniya prokurorluğu bəyan edib ki, həmin şəxslər yüzlərlə fəhləni iş adı altında aldadıb Azərbaycana aparıblar.
“Azərbaycana gələndən sonra fəhlələr qeyri-insani şəraitdə saxlanılıblar. Onlara vəd edilən əməkhaqqı ödənilməyib və ağır şərtlər altında işlədilib” - deyə prokurorluq bildirir.
Şübhəlilər bu insan alverindən 3 milyon avro, yaxud 4,1 milyon dollar qazanıblar. Həbs edilənlərin adları açıqlanmır, ancaq prokurorluq həbs əməliyyatına dair foto yayıb.
Xatırladaq ki, bosniyalı fəhlələrin Azərbaycanda qul kimi işlədilməsini vaxtilə “Azadlıq” radiosu üzə çıxarıb. Radionun araşdırması nəticəsində məlum olmuşdu ki, həmin qullar Azərbaycanın İdman və Gənclər Nazirliyinin sifarişi ilə inşa edilən obyektlərin tikintisində işlədiliblər. Tikintini “SerbAz” Layihə və Tikinti MMC adlı podratçı şirkət həyata keçirib.
Bosniyalı qullar həmin şirkət tərəfindən ölkəyə gətirilib. Aylardır əməkhaqqı almayan, yarıac, qeyri-insani şəraitdə saxlanılan və səhərdən axşamadək işləməyə məcbur edilən fəhlələr qorxusundan başlarına gələnlər barədə danışmayıblar. Nəhayət, onlardan biri “Azadlıq” radiosunun Bosniya xidməti ilə əlaqə yarada və adının açıqlanmaması şərti ilə Azərbaycanda başlarına gələnlər haqda danışmağa imkan tapıb.
Bu faktın izi ilə aparılan araşdırma göstərib ki, Bosniya, Serbiya və Makedoniyadan Azərbaycana “SerbAz” şirkəti tərəfindən 700-ə yaxın qul gətirilib. Onlar Mingəçevir Olimpiya Mərkəzinin, “Buta Palace” sarayının, “28 may” ticarət mərkəzinin və digər obyektlərin tikintisində işlədiliblər.
“SerbAz” şirkətinin Gənclər və İdman Nazirliyinin rəhbərliyinə bağlı olduğunu göstərən dəlillər aşkar edilib. Şirkətin ofisinin nazirliyin Azadlıq prospekti, 128 ünvanında, Milli Olimpiya Komandaları üçün Təlim-Məşq Mərkəzində yerləşdiyi üzə çıxıb.
Fəhlələrdən 90-a yaxını Badamdar qəsəbəsindəki iki mərtəbəli villada saxlanılırdı. “Azadlıq” radiosunun müxbiri onlarla söhbət etməyə imkan tapmışdı. Məlum olmuşdu ki, bosniyalı qullar 6 aydır bir qəpik də əməkhaqqı almırlar və üstəlik 13 gündür ac-susuz qalıblar. Villada onlar əsir düşərgəsində olduğu kimi çoxmərtəbəli çarpayılarda saxlanılıb, hər çarpayıda qulun adı yazılıb.
Qeyri-insani şəraitdə yaşayan və amansızcasına istismar edilən fəhlələrdən ən azı ikisi ölüb. Onların harada basdırıldığı da məlum olmayıb. Məlum olub ki, Badamdar qəsəbəsində daha bir neçə yerdə hərəsində 100-120 nəfərin saxlanıldığı evlər var.
Yüzlərlə bosniyalı fəhlənin Azərbaycanda qul kimi işlədilməsi faktı böyük rezonans doğurmuşdu. Bosniya-Herseqovinanın xarici işlər naziri Sven Alkalaj bu məsələ ilə bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarova zəng etmişdi. Habelə Bosniya tərəfi məsələni araşdırmaq üçün öz nümayəndəsini Bakıya göndərmişdi.
Məsələnin böyüməsindən sonra bosniyalıların pullarının bir qismini ödəmiş və onları polisin müşayiəti ilə ölkədən deportasiya etmişdilər. Lakin “SerbAz” şirkətinin sahiblərinin və himayəçilərinin cəzalandırılması barədə heç bir məlumat verilmədi.
Azərbaycanda qul əməyinin istismarı və yüzlərlə xarici ölkə vətəndaşının qul kimi işlədilməsi faktı beynəlxalq hesabatlara da düşüb. İndi Bosniyada qulların Azərbaycana daşınmasını təşkil edən mütəşəkkil cinayətkar qrupun üzvlərinin yaxalanması məsələnin yenidən böyüməsinə, bu qrupun Azərbaycandakı şəriklərinin kimliklərinin üzə çıxmasına səbəb ola bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər