Azərbaycanda qeyri-adi evlilik təklifi- Video
29-06-2014, 10:40
Oxunub: 4 317
Təklif zalda böyük coşğuya səbəb olub
İyunun 28-də Bakıdakı Muğam Mərkəzində keçirilən “TED x” tədbirində maraqlı olay yaşanıb. Tədbirdə məruzəçi kimi “Yüklənmə” mövzusunda çıxış edən Ümid Partiyasının sədr müavini Ramin Hacılı yekunda hamını şoka salacaq bir addım atıb. Bolgexeber.com musavat.com-a istinadən xəbər verir ki, o, çıxışının sonunda tanınan yazıçı-jurnalist Aysel Əlizadəyə evlənmək təklifi edib.
Həmin tədbirdə A.Əlizadə zalda olub və videodan da göründüyü kimi xanım yazarın özü üçün də təklifin auditoriya qarşısında səsləndirilməsi gözlənilməz olub.
R.Hacılı Aysel Əlizadə ilə ilk tanışlığı haqda danışıb. O, deyib ki, ötən il prezident seçkiləri günü Aysel Əlizadə ilə tanış olub: “Seçkilər günü biz tanış olduq. Onun əvvəllər evli olduğunu, bir övladının olduğunu bildim. Amma eşitdim ki, hazırda evli deyil. Təbii ki, ümidləndim. Ümidləndim və... Burdan ona evlənmə təklifi edirəm”.
R.Hacılının bu təklifi zalda böyük coşğuya səbəb olub və alqışlarla qarşılanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər