Ağsu rayonunda məmur özbaşınalığı pik həddə çatıb
29-06-2014, 15:00
Oxunub: 4 637
Ağsuda siyasi vəziyyət dəyişə bilər- rayon və kənd sakinləri ayağa qaxdı
İcra başçısı Ənvər Seyidəliyevin əməlləri rayonda ciddi narazılıq doğurub. 1Məlumata görə, bütün idarə, müəssisə və təşkilat rəhbərləri icra başçısının yaxın qohumları olduğu üçün rayon əhalisini rəsmən istismar etməklə məşğul olurlar.
Ağsuda baş verənlərlə bağlı redaksiyaya daxil olan məktubda deyilir: “Bütün qanunsuzluqların, dövlət əmlakının talan edilməsinin başında Ənvər Seyidəliyev dayanır. Ənvər Seyidəliyevin arxalandığı şəxs isə bacısı oğlu, naziri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovdur. İcra başçısının və Səlim Müslümovun doğulduğu Pirhəsənli kəndinin sakinllər də elə bu vəzifəli şəxslərdən şikayətçi düşüb. Şikayətçilərin dediyinə görə ağsulular həqiqətən də bu şəxslərin
girdabında əziyyət çəkir. Hara şikayət etsələrdə onların sözünə məhəl qoyan tamılımır.
Şikayətçilər bizə ünvanladıqları müraciətdə deyirlər:
"Pirhəsənli də Ağsunun kəndidir, ora da vətənimizdir. Ancaq biz ayrı-seçkiliyin, yerdə qalan bütün kəndlərin əhalisinin yad hesab olunmasının əleyhinəyik, buna qarşıyıq. Məgər Ağsuda başqa kəndlərin əhalisinin hansısa işdə işləmək, vəzifə tutmaq üçün savadı, qabiliyyəti yoxdur? Səlim Müslümovla icra başçısının qohumları rayonda ağalıq edirlər, özlərinə yaxın adamlardan başqa heç kimi insan hesab eləmirlər. Səlim Müslümovun atası 90 min dollar dəyərində olan avtomobildə gəzir. Bir avtomobili 3 aydan artıq istifadə etmir, üç ay tamam olan kimi yenisini alır. Ağsunun 70 kəndinin əhalisinin əksəriyyəti isə balasını çörəklə təmin edə bilməmək həddində səfalət içində yaşayır. Elə bu səbəbdən də Ənvər Seyidəliyevin istefasın tələb edirik".
Məktubda icra başçısının istefası ilə yanaşı, Səlim Müslümovun vəzifələr tutan qohumlarının bəzilərinin adları da bizə göndərilib.Bunlar kimlərdir?:
1) “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır.
2) Səlim Müslümovun bibisinin əri Ağsu rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin rəisidir. Qohumuna arxalanıb hər cür qanunsuzluqlarla məşğuldur.
3) Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov Səlim Müslümovun qardaşıdır.
4) Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib.
5) Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyev Ağsu polis şöbəsinin rəis müavinidir.
6) Ağsu kommunal təsərrüfat birliyinin rəisi icra başçısının yaxın əlaltısı".
7) İcra başçısının “Topal Teymur” adlanan qardaşı bütün mağazalardan haqq yığır. Haqq verməyən şəxslərin obyektlərinin fəaliyyət göstərməsi mümkün deyil.
8) Ağsu şəhərinin “meri” Nadir isə başçının xəzinədarı kimi tanınır.
9) Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyev isə Bakıda fəaliyyət göstərən banklardan birinə rəhbərlik edir".
Məlumatda oda bildirili ki, qanunsuzluq o həddə çatıb ki, təhsili olmayan və ya ticarət-iaşə təhsili olan qəssabları rüşvət alaraq orta məktəblərə müəllim işləməyə götürürlər. Bundan əlavə isə Ənvər Seyidəliyevin rayonda açdığı daş karxanası isə ondan xəbər verir ki, o bu rayonu özəl obyekt kimi görür. Çünki rayonun təmir –tikinti işlərində dövlət tərəfindən ayrılan pulları silməklə öz malını satdımaqla məşğuldur. Verilən məlumatda oda bildirilir ki, Ənvər Seyidəliyevin sahib olduğu obyektlər və daş karxanalarının fəaliyyəti Səlim Müslomovla birgə həyata keçrilir. Məlumatlı mənbə bildirir ki, böyük dövriyyəyə və qazanca malik bu obyektlər həm vergidən yayınması təmin edilir həm də orada işləyən insanlarla əmək müqavilələri qeyr-rəsmi həyata keçrilir...
Mövzuya qayıdacağıq, bizi izləyin
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər