Diplomatımıza görə Türkiyəyə nota verilib - Rəsmi açıqlama
30-06-2014, 15:20
Oxunub: 3 871
Azərbaycanın Türkiyədəki səfirliyi diplomatımızın türk polisi tərəfindən döyülməsi barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb
Bolgexeber.com bildirir ki, səfirlik Teleqraf.com-un sorğusuna cavabında qeyd edib ki, Türkiyənin paytaxtı Ankarada üç ay öncə - martın 29-da Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin diplomatı, səfirliyə məxsus diplomatik dövlət nişanlı rəsmi avtomobillə ailə üzvləri ilə birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmamasına baxmayaraq, polislər tərəfindən kobud sürətdə saxlanılıb: “Polislər səviyyəsiz sözlərlə diplomatımızı təhqir edib, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranılıb, polislər tərəfindən güclü fiziki təzyiq tətbiq olunub. Məsələ ilə bağlı həmin gün Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, DİN-də sözügedən polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılıb. Hər iki proses hal-hazırda davam etməkdədir. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi məsələni yaxından izləməkdədir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər