Sabir adına pedaqoji kollecdə 100 manata kurs işi-RÜŞVƏT
30-06-2014, 17:15
Oxunub: 6 434
Possovet məkanında bura Sabir adına Aəərbaycan Dövlət Pedaqoji Texnikumu adlanırdı. Sonradan isə, yəni 1999-cu ilin dekabr ayından Azərbnaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir. Bunlar bir yana, əsas məsələ isə 227 nəfər müəllim kontingenti və 3000 nəfər tələbəsi olan kollecin sonrakı taleyidir. Müasir dövrün müasir təlabatı olduğu hamıya yaxşı məlumdur. Adından göründüyü kimi kollecin pis-yaxşı təhsil verdiyi gənclərimizin sonrakı aqibəti necə olur? Ölkədə pedaqoq “istehsal edən” universitelərin tuğyan etdiyi zamanda məzunların işlə təminatı ölkədə sıfra bərabərdir. Belə halda kolleci qurtaran müəllim ixtsaslı məzun neyləyəcək? Heç olmasa gənclər belə təhsil ocaqlarında ömrünün ən yaxşı çağlarını itirməsələr yaxşıdır.
Sözügedən kollecin uzunmüddətli direktoru professor Nurlana Əliyevadır. Əlbəttə, xanım heç vaxt istəməz ki, kolleci bağlansın . Çünki, bura onun yüksək səviyyədə gəlir mənbəyidir. Fikirləşin, 3000 tələbə nə deməkdir? Verilən məlumata görə, Nurlana Əliyeva bi semestr ərzində heç olmasa yarım milyona qədər pul yığır. Necə deyərlər, ən bərk gedən institut bunun yanında yalandır. Bunun nəticəsidir ki, kollecdə tələbələrə təhsil vermək əvəzinə burada tez-tez yazıçı və şairlərlə, tanınmış insanlarla görüşlərin təşkili, tələbələrin başını qatmaqdan savayı bir şey deyil.
Redaksiyamıza adının çəkilməsini istəməyən bi nəfər qadın müəlliməsinin verdiyi məlumata görə, “kollecdə təhsil qənaətbəş də deyil. Nurlana Əliyeva tez-tez tədbirlərdə olur. O yalnız yanına xeyir verən valideynlər gələndə kefi açılır. Kollecə yeni qəbil olanlar yalnız 1-ci semestr yaxşı oxuyurlar. İmtahanda haqsızlığı görəndən sonra, onlar hər şeyin pulla ölçüldüyünü görüb başqa variantı seçirlər. Bununla da kollecdə əsl bilik heçə endirilir. Kurs işləri və təcrübə sənədləri pulun hesabına başa gəlir. “Ölüsü” 50 manatdan aşağı kurs işi və təcrübə sənədi qiymətləndirilmir. Tələbələrin 50 %-i kollecə dəftərsiz, qələmsiz gəlir. Nurlana ƏLiyeva dərs bölgüsünü müəllimlərin cibinə görə “bölür”. Sinif jurnallarında qiymət qaralamsına tez-tez təsadüf edilir ki, bu da birbaşa saxtakarlıqdır. Bunlarala yanaşı Nurlana xanım mühasibatlığa da “dağ” çəkir. İlin axırında onun silgisi ilə küllü miqdarda vəsait şəxsi mənafeyinə xidmət edir. Xanım çoxillik təcrübəsinə əsaslanaraq 5 ildən bir kollecdə aparılan region maliyyə yoxlamasını da ustalıqla “yola” verə bilir”.
Kollecdə laborant kadrların da iş prinsipi məlum deyil. Onlar kollecə adi müəllim kimi gəlib-gedirlər. Halbu ki, təlimat bunu demir. Nurlana xanım məktəbə müəllim düzəldəcəyi adamı əvvəlcə laborant götürməklə işə başlayır. Sonradan dərsin azlığına baxmayaraq, laborantı müəllim keçirir. Digər müəllimlərin dərs yükünün aşağı düşməsi xanım direktorun vecinə də deyil. Nəticədə, hər il bacarıqlı müəllimlər dərs bölgüsü zamanı direktorla üz-üzə gəlirlər. Bundan əlavə, Nurlana Əliyevanın başqa dolanışıq yerlərindən biri də kollecdə aylığa çıxan tələbələrdir. Xanım bunu semestrdə pul aldığı tələbələrin qiymətindən 3 dəfə artıq edir. Həm semestr pulu, həm də dərsə gəlməməyinin pulu, təbii ki, yüksək olmalıdır.
Deməli, kollec bir başa Nurlana Əliyevaya xidmət göstərir. Belə yerdə adam professor da ola bilər, üstəlik akademik də...
Azerinews
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər