Bu gün bürcünüz nə vəd edir?
1-07-2014, 09:20
Oxunub: 2 948
QOÇ - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün şanslarınız var
Taleyinizdə əhəmiyyətli rol oynaya biləcək adamlarla əlaqələri dərinləşdirin. Bu gün səfərə çıxmaq da uğurludur.
BUĞA - Bir çox məsələlərdə səhvlərə yol verirsiniz. Özünüzə aludə olmayın. Bəzən ətrafınızdakılardan məsləhət almağı da unutmayın. Axşamüstü maraqlı görüşlərin iştirakçısı ola bilərsiniz.
ƏKİZLƏR - Səfərlər planınız varsa, onu bəri başdan təxirə salın. Çünki ulduzlar bu təqvimdə sizə kifayət qədər ciddi işlər həvalə edəcək. İşgüzar sövdələşmələrdə sizi müvəffəqiyyət gözləyir.
XƏRÇƏNG - Fəaliyyətlə bağlı gərginliyiniz mümkündür. Yaxşı olar ki, bütün vacib işlərinizi təxirə salasınız. Riskli pul sövdələşmələrindən, məxfi danışıqlardan uzaq olmağa çalışın.
ŞİR - Reallıqdan uzaq düşməyin. Bütün planlarınızı yalnız xəyalınızda reallaşdırmayın. Yaxşı olar ki, konkret fəaliyyətə keçəsiniz. Ay bürcünüzdə olduğundan mübahisələrə yol verməyin.
QIZ - Təcrübəli insanların köməyinə ehtiyacınız olduğundan Göy qübbəsi sizə kömək göstərəcək. Odur ki, ruh düşkünlüyünə qapılmayın. Sənədlərlə bağlı problemləri aradan qaldırın.
TƏRƏZİ - Son zamanlar ciddi cəhdlərinizin boşa çıxması sizi məyus etməməlidir. Çünki bu dünyada hər kəsin bir şansı var. Siz də gözləməlisiniz. Bu günsə yalnız adi işlərin həlli ilə məşğul olmalısınız.
ƏQRƏB - Ümumi ovqatınızda gərginlik olsa da, qarşınızda duran vəzifələrin öhdəsindən gələcəksiniz. Günün ikinci yarısında isə şəxsi büdcənizdə müəyyən qədər artım ola bilər.
OXATAN - Uğurlu nəticəsinə tam əmin olmadığınız məsələlərə girişməyin. Yoxsa xoşagəlməzliklə qarşılaşacaqsınız. Bu təqvimdə kənardan kiminsə məsləhətilə addım atmamalısınız.
OĞLAQ - Bəxtinizdə kifayət qədər uğurlu bir tarix var. Əzmkarlığınızı artırmaqla bu müvəffəqiyyəti özünüzə və özünüzü ona yaxınlaşdıra bilərsiniz. Axşamsa qonaq getməyə çalışın.
SUTÖKƏN - Qarşılıqlı əlaqələrdə tədbirli olmağa çalışın. Əks təqdirdə müsahibləriniz tərəfindən aldadıla bilərsiniz. Qarşınızda gözəl perspektivlər durur. Odur ki, ruh düşkünlüyündən qurtulun.
BALIQLAR - Qarşılıqlı münasibətlər baxımından uğurlu olsa da, maddi cəhətdən mübahisəli bir gün yaşayacaqsınız. Özünüzü maksimum təmkinli aparın. Haqqınızı qanunlar çərçivəsində tələb edin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər