Qarabağ müharibəsi əlilinə qarşı sayğısızlıq-ŞİKAYƏT
1-07-2014, 13:50
Oxunub: 3 708
"Ezamiyyətdə olduğum günlərin pulunu almamışam"
Bolgexeber.com-un redaksiyasına Sumqayıt şəhər 6-cı mikrorayon, bina 37, mənzil 16-da yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu tərəfindən Azərbaycan Respublikasının müdafiə naziri cənab Zakir Həsənova ünvanlanmış şikayət məktubu daxil olmuşdur. Məktubu olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının müdafiə naziri cənab Zakir Həsənova
Sumqayıt şəhər 6-cı mikrorayon, bina 37, mənzil 16-da yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu tərəfindən
ƏRİZƏ
"Hörmətli Cənab Nazir !
Məlumat üçün Sizə bildirmək istəyirəm ki, 05.05.2014-cü il tarixdən etibarən dəfələrlə müraciət etməyimə baxmayaraq, hələ bu günə qədər, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi mayor Cavadov Namiq mən və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən yazılan məktubları cavablandırmayıb. Halbuki Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi mayor Qurbanov Mübariz olanda heç olmasa məktublara vaxtında cavab yazırdılar. Mən 2-ci qrup Qarabag əlili ,əvvələr N saylı hərbi hissədə xidmət etmişəm. Xidmətdə olduğum dövrdə 15 dekabr 2008-ci il tarixdən 08 dekabr 2010-cu il tarixədək N saylı hərbi hissədə ezamiyyətdə olmuşam. Qarabag əlilinə belə diqqətsizliyə görə , bir daha Sizə müraciət edirəm.
Hörmətli Cənab Nazir !
414 saylı hərbi hissədən 408 saylı hərbi hissəyə, 2008-ci il tarixdən 2010-cu il tarixədək müxtəlif vaxtlarda ezamiyyətlərdə olmuşam. Bu müddət ərzində ezamiyyətdə olduğum günlərin pulunu almamışam. Hazırda bu işlə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iş araşdırılır. Bu işin daha ədalətli araşdırılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən göndərilən məktuba bu günə qədər cavab verilməmişdir. Sizdən xahiş edirəm məktuba cavab verilməsi üçün aidiyyətı şəxslərə göstəriş verəsiniz.
Diqqətinizə görə minətdaram".
İmza: Rəfiyev İlqar Nəzir oğlu
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
30.06.2014-cü il.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər