BolgeXeber.Com » Gündəm » Təzə Bazarın sahibindən ədəbsiz hərəkət-VİDEO

Təzə Bazarın sahibindən ədəbsiz hərəkət-VİDEO

1-07-2014, 18:05
Oxunub: 3 195 “Siz kişisiniz, qadın jurnalistlər olsa idi, suallarınızı cavablandırardım”

Yəqin ki, çoxunuzun yolu təzə bazardan düşüb. Adı təzə olsa da bu bazarın köhnə probreblərini də görməmiş olmazsınız.Bolgexeber.tv bildirir ki, təpədən-dırnağa kimi zibilliyə bürünən təzə bazarda, nəyin zibil, nəyin də meyvə tərəvəz olduğunu aydınlaşdırmaq, qatıqdan tük çəkmək qədər çətindir. Elə vətəndaşlar da təzə bazardakı natəmizlikdən, demək olar ki,zibil yeşiklərinin içərisində satılan məhsullardan şikayət etsələr də təzə bazarın sahibi pul yığmağı onların iradlarindan daha üstün tutur.

Bir də görürsən ki, pomidor yeşiyindən toyuq başını cıxarıb. Və ya şaqqalanmiş ət parçasından boylanan qarğıdalını, badımcanı görməli olursan.

Alverçilərdən hər gün 3 manat alan bazar sahibinin üfunət qoxan zibilləri təmizlətməyə 3 qəpiklik cəsarəti çatmırmı? Və ya evində, maşınında rahat ourub duran, hər alverçidən 3 manat qoparan, əvəzində isə, insanların alın tərini meyvə tərəvəz qabıqlarının arasında itirən bazar sahibi bu obyektdən bircə dəfə də olsa keçirmi? Yoxsa elə hər gün bir neçə minlyini cibinə qoyub başqa obyektlərinə tərəf şütüyür? Biz özümüzdə cəsarət tapıb Təzə Bazardakı iyrənclik yaradan, üfunət doğan vəziyyəti işıqlandırdıq. Amma bazarın sahibi özündə cürət tapıb nə bizim, nə də alverçilərin suallarını cavablandıra bilmədi.

Əvəzində qarşımıza bazarın baş mühasibi kimi çıxarılan Ceyhun adlı şəxsin bazardakı zibilliklərə münasibəti bizi şoka saldı. Əslində bazar adamından bundan artığını da gözləmək olmazdı. Ceyhun deyir ki, “Siz kişisiniz, qadın jurnalistlər olsa idi, suallarınızı cavablandırardım”.

Biz mövzunu diqqətdə saxlayacağıq və yenidən bazardakı problemi qabartmaq üçün ora yollanacağıq. Ən azı o zamana kimi bazar sahibi kişi jurnalistlərimizin suallarımızı cavablandırmaq üçün özünü hazırlaya bilsin.

Bolgexeber.tv